Oqtay Gülalıyev palataya köçürülüb

Oqtay Gülalıyev palataya köçürülübHüquq müdafiəçisi Oqtay Gülalıyev palataya köçürülüb.

"Report" xəbər verir ki, bu barədə hüquq müdafiəçisinin oğlu Əli Gülalıyev bildirib.

"Atam Oqtay Gülalıyev bu gün Amerikan xəstəxanasında (Türkiyənin İstanbul şəhərindədir - red.) palataya köçürülüb. Təəssüf ki, vəziyyəti ağır olaraq qalır. Komadan ayılması, ağciyərinə və qanına düşmüş infeksiya üçün həkimlər müalicə edirlər",- Ə.Gülalıyev qeyd edib.

Qeyd edək ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb. Fond O.Gülalılyevin müalicəsinə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət edib. Fondun təşəbbüsü ilə Türkiyədən gələn mütəxəssislər O.Gülalıyevi Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasında müayinə ediblər.

Daha sonra O.Gülalıyev Heydər Əliyev Fondunun ayırdığı xüsusi ambulans təyyarə ilə Türkiyəyəyə aparılıb və İstanbul şəhərindəki Avrasiya Xəstəxanasına yerləşdirilib.

O.Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva Heydər Əliyev Fonduna təşəkkür edib.

Bir neçə gün öncə ailəsi Oqtay Gülalıyevin Amerikan Xəstəxanasına yerləşdirilməsi və orada əlavə tibbi xidmətlərin göstərilməsi ilə bağlı Heydər Əliyev Fonduna müraciət edib. O.Gülalıyevin ailəsinin istəyi nəzərə alınaraq o, Amerikan xəstəxanasına yerləşdirilib. Amerikan xəstəxanasında Oqtay Gülalıyevin beynində hematoma təmizlənməsi və şunt əməliyyatı aparılıb, hazırda isə xəstənin səhhətinin bərpası üzrə müvafiq müalicə davam edir.

Oqtay Gülalıyev palataya köçürülüb

  • 27-11-2019, 10:30
  • 68


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Təbiət və nəğməkar şair, ictimai xadim, evdə övladları üçün xəzri küləyi qədər sərt olan vətənpərvər Türkün doğum günüdür
  2. Ağdaşda İcbari Tibbi Sığortanın büdcəsi talanır?
  3. TRAMP MAKRONUN ƏRDOĞANA ZƏRBƏ VURMASINA İMKAN VERMƏDİ –Türkiyə prezidentinə qarşı ictimai hücumun qarşısı alındı - TƏHLİL
  4. Şəmsəddin Xanbabayevin adını hallandıran bazar müdiri kimdir?
  5. Bu təhsil ocağı bazara çevrilib... - Direktor isə özünü oliqarxlar kimi aparır...
  6. “AZƏRYOL TİKİNTİ” BİZİ QUL KİMİ İŞLƏDİB, PULUMUZU VERMƏDİ” - Prokurorluq aldadılan fəhlələrin şikayətinə baxmır
  7. Moldova hökuməti Bakıdakı səfirini geri çağırıb
  8. Fuad Muradov:"Türkiyədə sənədsiz soydaşlarımızın yaşayışının leqallaşdırılması ilə bağlı işlərə başlanılıb"
  9. Şənbə gününün hava proqnozu açıqlanıb
  10. Deputatların əlavələrlə birlikdə aldığı məvacib - Kimə nə qədər düşür?
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI