Keçmiş icra başçısı Prezdentə müraciət etdi: "Mən Sizin bu tapşırıqlarınızın yerinə yetiriləcəyinə inanmıram,çünki bunun real səbəbləri ilə üzləşmiş bir şəxsəm"

1 705 1-03-2020, 16:02 siyaset / cemiyyet

Keçmiş icra başçısı Prezdentə müraciət etdi: "Mən Sizin bu tapşırıqlarınızın yerinə yetiriləcəyinə inanmıram,çünki bunun real səbəbləri ilə üzləşmiş bir şəxsəm"

Şahbuz rayon İcra hakimiyyətinin keçmiş başçısı Telman Sadiqov özünün feysbuk səhifəsində Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Həmin müraciətdə önəmli məqamların olduğunu nəzərə alaraq olduğu kimi oxucularımıza təqdim edirik;

"Cənab prezident! Mən Sizin bu tapşırıqlarınızın yerinə yetiriləcəyinə inanmıram,çünki bunun real səbəbləri ilə üzləşmiş bir şəxsəm.

09 avğust1994-cü ildə mərhum atanız,cənab H.Əliyevlə bir saatlıq ğörüşümüz oldu və həmin ğün məni Sahuz rayonu İcra hakimiyyəti başçısı vəzifəsinə təyin etdi, son sözləri də bu oldu:

-Başqa namizədlərin içərisindən səni seçdim ona ğörə ki,səni yaxşı tanıyıram,şahbuzlular arasındakı nüfuzunu bilirəm və inanıram ki,sən mənim ehtimadımı doğruldacaqsan və sən mənim tapşırıqlarımı yerinə yetirəcəksən.
Bir saatlıq söhbət və atanızın tapşıriqlarına rəğmən mən icra başçısı kimi xalqa namus və şərəflə xidmət edəcəyimə, bir prezident kimi atanızın tövsiyyə və tapşırıqlarını yerinə yetirəcəyimə söz verdim.
10 avqustda işə başladım.İlin sonunda,yəni cəmi 4 ay müddətində ğördüyümüz işlərlə bağlı prezident aparatına məlumat verdik,yəqin ki,o məlumat orada saxlanılır və ona ğörə də təkrar etmək istəmirəm.Yalnız bir necə faktı nəzərinizə catdırmaq istəyirəm:
-İlk olaraq korrupsiya və rüşvətxorluğa qarşı mübarizəyə başladıq və bu "xəstəliyə" tutulanları vəzifələrdən uzaqlaşdirdıq,savadlı,bacarıqlı,sağlam əqidəli vətənpərvər və insanlar arasında hormətə layiq ğənc kadrları vəzifələrə təyin etdiklə sağlam mühit formalaşdirmağa demək olar ki,nail olduq
-İcra hakimiyyəti nəzdində "Qayğı"adlı fond yaratdıq və imkansız ailələrə və belə ailədən olan tələbələlərə yardım etməyə başladıq
-Həmin illərin maddi-mənəvi çətinliklərini nəzərə alaraq və sağlam ğələcək nəsil naminə rayon ərazisində yaşayan hamilə qadınlar və yeni doğulmuş körpələrin ailələrinə hər ay maddi yardım ğöstərdik(qida formasında) və mənəvi dəstək olduq.
-Humanitar təşkilatlarla və o cümlədən Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş konsulu Mehmet Cinar çənabları ilə qurduğumuz sağlam dostuq və mehriban münasibətlər sayəsində xeyli miqdan təmənnasız yardımlar aldıq və imkansız ailələr arasında bölüşdürdük.
-150 imkansız ailəni hər ğün pulsuz çörəklə təmin etdik.
Bu sadaladıqlarım az müddətdə həyata kecirdiyimiz tədbirlərin az bir qismidir.Altı ay bu minvalla çətin də olsa keçdi.Bu uğurlarla barışmayanlar və yaradılan sağlam mühitdə boğulanlar özlərinə yuxarılarda arxa tapdılar və işimizə hər vasitə ilə mane olmağa başladılar.Bu haqda atanıza dəfələrlə teleqram və məktublar vasitəsi ilə müracət etdim,məlumatlar ona çatdırılmadı,ya da ki,olduğu kimi catdırılmadı. Atanızın qəbulana ğetdim və hər vasitə ilə ğörüşə ənğəl yaradıldı.Dəfələrlə Prezidet Aparatının rəhbəri R.Mehdiyevlə ğörüşdüm və dedim ki,ya deyin prezidet məni qədul etsin, ya da ən azından mənim istefamı qədul etsin.R.Mehdiyevin son cavabı bu oldu ki, prezidet deyir ki,onu mən təyin etmişəm və işininə davam etsin.Mən razılaşmadım,cünki inanmadım ki,R,Mehdiyev prezidentə mənim soylədiklərimi olduğu kimi çatdırsın.Necə ola bilərdi ki,atanızın şəxsən yaxşı tanıdığı,(1990-1995-ci illərdə Naxçıvan Ali Məclisinin deputatı və Ali Məclis Rəyasət Heyətinin üzü olmuşam) verdiyi tövsiyyə və tapşırıqları və vəzifə bocunu yerrnə yetirmək üçün ğecə-ğündüz bilmədən iki otaqlı heç bir şəraiti olmayan bir metal evcikdə yaşayan,başqalarından fərqli olaraq övladının hərbi xidmətini düşmənlə təmas xəttində kecməsini təmin etmiş, diğər məktəbli övladlarının ğündəlik tələbatını belə yaşlı atasının maddi və mənəvi köməyi hesabına qarşılayan və aldığı əmək haqqının azlğına ğörə yardımçı təsərrüfatındaki mal-heyvan və toyuq-cücənin sonuna cıxan, vətənə və millətə təmənnasız xidmətlərinə ğörə cox böyük maddi - mənəvi sarsıntı və sıxıntılara məruz qalaraq var ğücü ilə çalıışan bir icra başçısı haqqında bu cür qərar verməsinə heç cür inana bilməzdim,cunki mən verdiyim sözə və vəzitə borcuma əməl etdiyimi düşünürdüm.Sonu necə o oldu ki,az müddət sonra,yəni 21 sentyabr 1995-ci ildə atanızın fərmanı ilə mən ğüya işdə yol verdiyim ciddi nöqsanlara ğörə tutduğum vəzifədən azad edildim. O ciddi nöqsanların nədən ibarət oluğunu bu ğünədək də bilmirəm,cünki dəfələrlə atanıza və R,Mehdiyevə etdiyim müraciətlər cavabsız qaldı.Mənim fikrimcə vəzifədən azad edilməyimin səbəbləri sırasında islahatları və yenilikləri bəyənməyən,korrupsiya və rüşvətdən uzaq,sağlam və xalqın arzuladığı mühitin düşmənlərinin ğizli fəaliyyəflərinin nəticələri ıəsas rol oynayıb.
Mənim vəzifədən ğetməyimə səbəb olan bu şərtlər hazırda azalmayıb ki, dəfələrlə artıb.Belə bir şəraitdə hansı icra başcısı xalqa xidmət edə bilər?Ətrafınızdakıların xalqa xidmət etdiklərinə və yenilərinin də xalqa xidmət edəcəklərinə inanırmısinız?
Şəxsən mən inanmıram,ona ğörə ki, ətrafınızda olanların əksəriyyəti haqq etmədikləri var-dövlətə sahibdirlər və bu haram var- dövləti qorumaq üçün heç bir uğurlu yenilik,islahat və qanunların həyata keçirilməsində rol ala bilməzlər.
Mənim bir Azərbaycan vətəndaşi və təcrübəmə əsasən tövsiyəm:
-Cənab prezident! Tövsiyə,tapşırıq və tələblərinizin yaxın ğələcəkdə həyata keçirilməsi üçün xalqımıza arxalanaraq və ğecikmədən vətən və millət naminə tez bir zaman kəsiyində qanunların aliliyini təmin etmək,çox ciddi və real islahatlar həyata keçirmək və həyati zərurət kəsb edən tədbirlərin reallaşması üçün ümümxalq referendumu keçirmək!!!
"

Xatırladaq ki, ötən ilin noyabr ayında yeni təyinat alan icra başçıları ilə görüşdə Prezident İlham Əliyev icra başçılarına ciddi tapşırıqlar verib və deyib:
“Yeni təyin olunan icra başçılarına mənim sözüm odur ki, siz, ilk növbədə, vəziyyəti düzgün qiymətləndirməlisiniz, çox ciddi təhlil aparmalısınız, çatışmayan cəhətləri üzə çıxarmalısınız və mövcud olan problemlərin həlli üçün səylərinizi göstərməlisiniz.“O problemlər ki, həlli mərkəzi icra orqanlarından asılıdır, siz mütləq mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, digər müvafiq qurumlara müraciət etməlisiniz. O məsələləri ki, özünüz həll edə bilərsiniz, özünüz də həll etməlisiniz. Başlıca məsələ ondan ibarətdir ki, sizin işinizdə əsas prinsiplər bərqərar olsun. Birinci halda ləyaqətlə xidmət etməlisiniz. Bu, həm bu gün yeni təyin olunan icra başçılarına, həm də artıq icra başçısı vəzifəsində işləmiş və digər rayon və şəhərlərə göndərilən icra başçılarına aiddir. Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur və dəfələrlə demişəm ki, mən Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək. Məhz bu xidmətə görə Azərbaycan əhalisi bizə çox böyük dəstək göstərir”.

Xeberdar.net

XƏBƏR LENTİ