FHN əhaliyə müraciət etdi – Bayramla bağlı

671 3-03-2020, 16:25 cemiyyet

FHN əhaliyə müraciət etdi – Bayramla bağlı
Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.

Strateq.az FHN-ə istinadla xəbər verir ki, Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarına, o cümlədən yanğın təhlükəsizliyi ilə bağlı bütün tələblərə ciddi əməl olunmalıdır:

– bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;

– tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;

– tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;

– tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;

– yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Qeyd olunub ki, qaydalara biganəlik insan həyatına təhlükədir.

Nazirlik təhlükə zamanı 112-yə zəng etməyi xahiş edib.

XƏBƏR LENTİ