“Dövlət büdcəsinin icrasında 283 mln. manatlıq profisit yaranıb” –Maliyyə Nazirliyi

1 322 11-03-2020, 12:16 iqtisadiyyat

“Dövlət büdcəsinin icrasında 283 mln. manatlıq profisit yaranıb” –Maliyyə Nazirliyi
2020-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 3 613,2 mln. manat, xərcləri 3 330,2 mln. manat təşkil edib.

“APA-Economics” bu barədə Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən xəbər verir.

Dövlət büdcəsinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 2,3%, xərcləri isə 12,1% artıb.

Büdcənin icrasında 283 mln. manatlıq və ya ÜDM-in 2,25%-i qədər profisit yaranıb.

Qeyd edək ki, 2020-ci ilin yanvar ayında dövlət büdcəsinin gəlirləri 1 821,0 mln. manat, xərcləri 1 402,9 mln. manat təşkil edib və büdcənin icrasında 418,1 mln. manatlıq və ya ÜDM-in 6,4%-i qədər profisit yaranıb.

XƏBƏR LENTİ