Müslüm Maqomayevin heykəli Dənizkənarı Milli Parkda ucaldılacaq –Ömər Eldarov

618 13-03-2020, 14:16 cemiyyet

Müslüm Maqomayevin heykəli Dənizkənarı Milli Parkda ucaldılacaq –Ömər Eldarov
“Görkəmli bəstəkar Müslüm Maqomayevin heykəlini hazırlamaq mənə tapşırılıb”.

Bunu Xalq rəssamı, heykəltəraş Ömər Eldarov deyib.

Onun sözlərinə görə, M.Maqomayevin abidəsi Dənizkənarı Milli Park ərazisində ucaldılacaq: “Mənə heykəlin nə zamana bitirməli olduğum barədə hələ bir söz deyilməyib. Amma tuncdan töküləcəyi barədə məlumatım var. Heykəlin hündürlüyü 2,5 metr olacaq”.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. (Report)

XƏBƏR LENTİ