KORONAVİRUSUN YAYILDIĞI LABORATORİYA İLƏ BAĞLI YENİ FAKT AŞKARLANDI –35 yaşlı çinli alim 2 il əvvəl nəyi araşdırırmış?

1 798 16-03-2020, 14:43 maraqli

KORONAVİRUSUN YAYILDIĞI LABORATORİYA İLƏ BAĞLI YENİ FAKT AŞKARLANDI –35 yaşlı çinli alim 2 il əvvəl nəyi araşdırırmış?“Obozrevatel”, Ukrayna, 15 mart 2020-ci il


Hələ 2018-ci ildə Vuhan Virusologiya İnstitutunda (Çin) yarasalar üzərində aparılan təcrübələrlə və onların orqanizmində tapılan qeyri-adi virusların tədqiqatı ilə fəxr edirdilər.

O zaman bu təcrübələr haqqında məlumatı dövlət informasiya agentliyi olan “Sinxua” nəşr etmişdi. Yeni koranavirusun yayılmasından sonra bəzi informasiya mənbələri bu institutu COVİD-19-un qaynağı adlandırdılar.

İnstitutda “qeyri-adi viruslar” üzərində tədqiqatı 35 yaşlı Çjou Pen aparırdı. O, yarasaların daşıyıcısı olduğu və donuzlarda öldürücü ishala səbəb olan koronavirusu öyrənirdi.

Pen deyirdi: “Fəxrlə demək olar ki, yarasaların uzun müddət ərzində virusun daşıyıcısı olmasına rəğmən, özlərinin xəstələnməsinə imkan verməyən immun sisteminin tədqiqatı üzrə biz dünya liderləri sırasına daxil olmuşuq. Ümid var ki, özləri xəstələnmədən virusun daşıyıcısı olan yarasalar virusa necə müqavimət göstərməyi insanlara da öyrədərlər”.

Bu gənc alim hətta 28 başlıqdan ibarət olan elmi məqalə də nəşr etdirmiş və öz tədqiqat qrupunun uğurlarından bəhs etmişdi. Bu məqalə “Nature” adlı beynəlxalq elmi jurnalda çap olunub.

Qeyd edilməlidir ki, məlum koronavirusların böyük hissəsi heyvanlarda xəstəlik yaradır, lakin bu infeksiyalar insanlara ötürülmür.

ABŞ-ın Xəstəliklərin profilaktikası və nəzarət mərkəzinin tədqiqatçılarının sözlərinə görə, heyvanlardan insanlara keçə bilməsi üçün virus öncə mutasiyaya məruz qalmalıdır, ardınca da insandan insana keçə bilməsi üçün yenidən mutasiyaya uğramalıdır.

Əvvəllər Çin Milli səhiyyə komissiyasında təsdiq etmişdilər ki, virus mutasiya etməyə və yayılma riskini yüksəltməyə qabildir.

Bu virusun mümkün ötürülmə mənbəyi olaraq Vuhanda məşhur olan şorbanın hazırlanmasında istifadə edilən yarasalar göstərilmişdi. Bu delikates ilk yoluxma hadisəsiylə əlaqələndirilən yerli dəniz məhsulları bazarında da satılırdı.

Yeri gəlmişkən, bu yaxınlarda Çində bəyan etmişdilər ki (Çin Xarici İşlər Nazirliyinin təmsilçisi Çan Liszyanın verdiyi bəyanat nəzərədə tutulur – tərc.), koronavirusun onların ölkəsində meydana gəlməsi mütləq deyil, guya, onu ABŞ hərbçiləri də gətirmiş ola bilərlər.

Tərcümə Strateq.az-ındır

XƏBƏR LENTİ