Azərbaycanda general istefa verdi - FOTO

760 10-04-2020, 12:22 cemiyyet

Azərbaycanda general istefa verdi - FOTOƏdliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri, ədliyyə general-mayoru Fuad Cavadov istefa verib.

Məlumata görə, F. Cavadov öz istəyinə uyğun olaraq vəzifəsindən azad olunub.

Artıq Ədliyyə naziri Fikrət Məmmədov bu vəzifəyə təqdimat verib. Sözügedən vəzifə Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin keçmiş rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri, ədliyyə general-mayoru İlqar Cəfərova həvalə edilib.

Qeyd: F. Cavadov eyni zamanda Mərkəzi Seçki Komissiyasının üzvüdür.Qafqazinfo

Azərbaycanda general istefa verdi - FOTO

XƏBƏR LENTİ