“Borçalı Cəmiyyəti” Borçalı kökənli iş adamlarına, imkanlı şəxslərə müraciət edib

1 126 11-04-2020, 10:26 siyaset / gundem

“Borçalı Cəmiyyəti”  Borçalı kökənli iş adamlarına, imkanlı şəxslərə müraciət edib

Artıq bəşəriyyət üçün ciddi bəlaya çevrilmiş Koronavirus pandemiyası ilə bağlı “Borçalı Cəmiyyəti” Borçalı kökənli iş adamlarına, imkanlı şəxslərə müraciət edib. Xeberdar.net-ə göndərilən müraciəti olduğu kimi oxuculara təqdim edirik:

“Koronavirus pandemiyası artıq bəşəriyyət üçün ciddi bəlaya çevrilmiş kimi görünür. Dinindən, irqindən, milliyətindən asılı olmayaraq dünya gücləri insanların həyatını xilas etmək üşün mücadilə verməkdədirlər. Azərbaycanda, Gürcüstanda vəziyyət nisbətən nəzarət altında görünsə də, mübarizə tədbirlərinin sərtləşdirilməsi problemin ciddiliyindən xəbər verir. Dövlət orqanları və hər bir vətəndaş ciddi mənəvi-psixoloji imtahan mərhələsindədir. İstər Azərbaycanda, istərsə də Gürcüstanda ayrı-ayrı vətəndaşlar, qurumlar yardımlaşma təşəbbüslərinə qoşulmaqda, milli-mənəvi dəyərlərimizə uyğun olaraq mövcud bəlaya qarşı səfərbər olunmaqdadır. Artıq Azərbaycan tərəfdən Gürcüstandakı soydaşlarımıza zəruri ərzaq yardımı edilməsi ilə bağlı addım atılmışdır.
“Borçalı Cəmiyyəti”nin ayrı-ayrı üzvləri də bu humanist addımlardan kənarda deyil və imkanları daxilində ehtiyacı olan insanlara yardım etməkdədirlər. Təbii ki, bu yetərli deyil. Pandemiyanın sönmə mərhələsinin müəyyən müddət çəkəcəyini əsas götürərək yardımlaşma, mənəvi, ruhani səfərbərliyi doğru hesab edərək iş adamlarımızı bu kompaniyaya elliklə qoşulmağa dəvət edirik. İmkanlı şəxslərimizi həm Azərbaycanda koronavirusa qarşı mübarizə fonduna, ayrı –ayrı vətəndaşlara, eyni zamanda Gürtcüstandakı soydaşlarımıza yardım kompaniyasına qoşulmağa dəvət edirik.
İmkanı olan hər bir soydaşımız etdikləri yardımların daha sistemli və şəffaf formada imkanı məhdud soydaşlarımıza çatdırılmasını təmin etmək üçün qarşılıqlı informasiya mübadiləsi aparılmasını vacib hesab edirik. Yardımların Gürcüstanda soydaşlarımıza çatdırılması üçün fəal, etimadlı soydaşlarımızın, ictimai qurumların, rəsmi hakimiyyət orqanları və məscidlərin imkanlarından istifadə etmək mümkündür. “Borçalı Cəmiyyəti” hər kəsi mənəvi səfərbərliyə, yardımlaşmaya, millətimizin, dövlətimizin, elimizin ağır günüdə daha səmimi əməkdaşlığa dəvət edir. Azərbaycanda xüsusi fonda vəsait köçürməklə, eyni zamanda hərə öz yaxın çevrəsində ehtiyacı olan insanlara yardım etməklə millətimizə öz mənəvi xidmətini göstərə bilər.

“Borçalı Cəmiyyəti” eyni zamanda Gürcüstandakı soydaşlarımızla bağlı yardımlaşma kampaniyasının əlaqələndirilməsini öz üzərinə götürməyə hazırdır. Mümkündür ki, xüsusi hesab açaraq soydaşlarımıza yardım üçün maliyyə yardımlarının şəffaf olaraq toplanması və ünvanına çatdırılmasını öz üzərinə görütməyə hazır olduğunu bildirir.

Hörmətlə,
“Borçalı Cəmiyyəti”nin sədri
Zəlimxan Məmmədli
Əlaqə telefonu +99450 3237525 mob; Email – borchali.orq@gmail.com”



xeberdar.net[/b]

XƏBƏR LENTİ