Sabiq məmur qohumu 3 adam öldürdü

674 11-04-2020, 11:34 hadise

Sabiq məmur qohumu 3 adam öldürdüŞabranda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Reportyor.info xəbər verir ki, hadisə rayonun Qaraqaşlı kəndində qeydə alınıb.
Qəzada rayon sakinləri Cəlal Azad oğlu Babayev, Zəkiyev Vüsal Rövşən oğlu və Elnur Azad oğlu Babayev ölüb, digər rayon sakinləri – İsmayıl Zəkiyev, Babayev Cəlal Azad oğlu, Şahverdiyev Bəxtiyar Xanoğlan oğlu və Əzməmmədov Ramin Oqtay oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şabran Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, qəza törədən avtomobilin sürücüsü Bəxtiyar Xanoğlan oğlu Şahverdiyev Şabran Rayon İcra Hakimiyyətinin keçmiş başçısı (1995-2007) Sündüz Babayevanın bacısı oğludur. Bu törətdiyi hadisə Bəxtiyar Şahverdiyevin sayca dördüncü ağır yol-nəqliyyat hadisəsidir.

Məlumata görə, qəzaya uğrayan şəxslər sərxoş vəziyyətdə olublar. Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ