ARB TVnin yayımı dayandırıldı

5 189 21-04-2020, 11:51 cemiyyet / sou

ARB TVnin yayımı dayandırıldı
ARB TVnin yayımı dayandırıldı. Bu gün ARB TV Milli Televiziya və Radio Şurasının qərarı ilə 6 saat müddətində yayımını dayandırıb.

Xeberdar.net modern.az-a istinadən xəbər verir ki, kanal saat 10:00-dan etibarən tamaşaçılarla müvəqqəti olaraq vidalaşıb. Televiziya 16 :00-da fəaliyyətini bərpa edəcək.

Xatırladaq ki, Milli Televiziya və Radio Şurası ARB televiziya kanalının efirində yayımlanan "Elgizlə izlə” verilişində əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya yayımlanmasına görə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli, 1036-IIQ saylı Qanununun 53-56-cı maddələrini, "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 11.5.3-cü, 23.1-ci, 39.6-cı maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.11-1-ci bəndini rəhbər tutaraq ARB televiziya kanalının efirində 21 aprel 2020-ci il tarixdə proqramların yayımının 6 saatlıq müddətədək (saat 10:00-dan saat 16:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

XƏBƏR LENTİ