Taksi sürücüsü polisi və Daxili Qoşunların hərbçisini vurub –Açıqlama

682 21-04-2020, 14:24 cemiyyet

Taksi sürücüsü polisi və Daxili Qoşunların hərbçisini vurub –AçıqlamaBakıda taksi sürücüsü polisi və Daxili Qoşunların hərbçisini vurub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Xeberdar.net-ə verilən məlumata görə, aprelin 19-u saat 22 radələrində xüsusi karantin rejimi ilə əlaqədar Nəsimi rayonunun Bakıxanov küçəsində quraşdırılmış postda Bakı şəhər sakini B.Abbasov idarə etdiyi “London Taxi” markalı avtomobillə orada xidmət aparan Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı X.Allahverdiyevi və DİN Daxili Qoşunlarında xidmət edən R.Bəxtiyarlını vurub.

Onlar DİN-in Hospitalına yerləşdiriliblər.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində B.Abbasov saxlanılıb.

Xeberdar.net

XƏBƏR LENTİ