Qubada fəhlə ekskovatorun kovusu ilə əzilib öldü

774 22-04-2020, 20:03 hadise

Qubada fəhlə ekskovatorun kovusu ilə əzilib öldü
Xəndək qazan texnikanın kovusu ərazidə fəhlə işləyən Eldar Hökmulla oğlu Hüseynova dəyib

Bu gün səhər saat 9 radələrində Quba şəhərindəki Olimpiya idman Kompleksinin - indi "Draft Construction"adlanan MMC-yə məxsus ərazidə bədbəxt hadisə baş verib. İstiPress-in Şimal bürosunun məlumatına görə, həmin MMC-lə kanalizasiya xətlərinin qazılması üçün müqavilə bağlamış "Kotanlı BTK" MMC-nin ekskovator sürücüsü Tələt Mərfət oğlu Rəsulovun idarə etdiyi "Doosan" markalı ekskavatorla xəndək qazarkən texnikanın kovusu ərazidə fəhlə işləyən Eldar Hökmulla oğlu Hüseynova dəyib. Nəticədə döş sümüyünün və qabırğaların sınığı, qaraciyər toxumasının cırılıb dağılması xəsarətləri alan fəhlə 34 yaşlı, Şabran rayon sakini Eldar Hüseynov kəskin daxili qanaxma səbəbindən ölüb.

Məlumat daxil olan kimi Quba rayon prokuroru Elman Süleymanov, müstəntiq Bəhruz Qədirli və polis şöbəsinin əməkdaşları və Məhkəmə Tibb Ekspertizası və Patiloji Anatomiya Birliyinin Quba rayon şöbəsinin əməkdaşları hadisə yerinə gəliblər. Hadisə yerinə və meyitə baxış keçirilib. Mərhum fəhlənin meyiti daxili müayinəyə aparılıb.

İlkin araşdırma zamanı məlum olub ki, Eldar Hüseynov ərazidə tikinti -yenidənqurma işləri aparan "Draft Constuction"MMC-lə əmək müqaviləsi əsasında fəhlə işləyib və fəhlə cəmiyyətdə həmişə aktual olan tikintidə təhlükəsizlik qaydalarına əməl edilməməsinin qurbanı olub. Ölüm faktına görə Quba rayon prokurorluğunda CM-nin 222.3-eyni əməllər ehtiyatsızlıqdan zərərçəkən şəxsin ölümünə və ya ağır nəticələrə səbəb olduqda-maddəsilə cinayət işi açılıb.

Ekskovatorçu Tələt Rəsulovun əvvəllər də eyni hadisə törətdiyi deyilir. Bütün nüanslar istintaq zamanı aydın olacaq.

Xeberdar.net

XƏBƏR LENTİ