Bakıda aptekə silahlı basqın olub

647 23-04-2020, 10:13 cemiyyet

Bakıda aptekə silahlı basqın olubBakıda aptekə basqın edilib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisindəki "Vita" aptekdə qeydə alınıb.

Naməlum şəxs əlində silahəbənzər əşya ilə aptekə daxil olaraq, orada çalışan şəhər sakini, 1988-ci il təvəllüdlü Esmira İbadovanı hədələyib, kassadan 700 manatı götürüb və hadisə yerindən qaçıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci(quldurluq) maddəsilə cinayət işi başlanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxsin tapılması barədə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

XƏBƏR LENTİ