Nənə körpə nəvəsinin ölümünə səbəb oldu

653 24-04-2020, 11:41 hadise / bolge

Nənə körpə nəvəsinin ölümünə səbəb oldu
Körpə nənəsinin qucağından ikimərtəbəli evin eyvanından yerə yıxılıb

Xeberdar.net xəbər verir ki, Şamaxı rayonunda 1 yaşlı körpə nənəsinin ehtiyatsızlığının qurbanı olub. Hadisə rayonun Çorhan kəndində qeydə alınıb.

Belə ki, 2019-cu il təvəllüdlü Abbasov Ayxan Abbas oğlu yaşadığı ikimərtəbəli evin eyvanında nənəsinin qucağından yerə yıxılıb. Ağır kəllə-beyin xəsarəti alan körpə əvvəlcə rayonun mərkəzi xəstəxanasına, sonra isə vəziyyətinin ağırlaşması səbəbindən Bakının xəstəxanalarının birinə göndərilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.


Xeberdar.net

XƏBƏR LENTİ