Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - HƏYAT HEKAYƏSİ

598 25-04-2020, 11:39 cemiyyet

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - HƏYAT HEKAYƏSİ
Milli qəhrəman AQARUNOV Albert Aqarunoviçin dogum günüdür
Albert Aqarunoviç Aqarunov 1969-ci il aprelin 25-da Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. Çox erkən yaşlarından musiqilə maraqlanırdı. Musiqi məktəbində nəfəs aləti truba sinfini bitirmişdi
Suraxanı rayonundakı 154 saylı orta məktəbin səkizinci sinfini bitirib, 101 saylı texniki-peşə məktəbində sürücü mexanik peşəsinə yiyələnmişdir.
O, 1987-ci ildə hərbi xidmətə çağırılmışdır. Gürcüstanın Axalkalaki rayonunda xidmətə başlayan Albert starşina rütbəsi alaraq tank komandiri olmuşdur. 1989-cu ildə ordudan tərxis olunub, bir müddət Suraxanı Maşınqayırma Zavodunda işləmişdir. Müharibənin qızğın vaxtında Albert könüllü olaraq cəbhəyə yollanır. O zaman yenicə yaranmaqda olan Milli Ordumuzun yüksəkixtisaslı tankçılara böyük ehtiyacı vardı. Albert tank komandiri təyin edilir və Şuşa cəbhəsinə göndərilir. Onun tank ekipajı tezliklə bütün cəbhə xəttində şöhrət qazanır. Cəsur tankçı Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində düşməni dəfələrlə pərən-pərən salır, onlarla yaraqlını və xeyli hərbi texnikanı məhv edir. Ondan "səni burda döyüşməyə nə Vadar edir?" sualını soruşan müxbirə, "doğulmuşam burda, yaşayıram burda. Müharibə bitənə kimi vurusacam" cavabını verir.
Şuşa-Laçın yolu… 1992-ci il… Mayın 8-i… Səhər tezdən düşmən tankları görünür. Ermənilər Laçına gedən yolu kəsməklə Şuşanı tam mühasirəyə almaq istəyirdi. Albert döyüş əmri alır və dərhal tankını həmin səmtə yönəldir. Erməni tankları ilə aradakı məsafə getdikcə daralırdı. Fürsəti əldən verməmək üçün o, tankın sürətini daha da artırır və sərrast atəşlə düşmənin öndə gələn tankını məhv edir. Bu uğurundan ruhlanan Albert daha bir tankı alova qərq edir. Döyüşdə neçə-neçə düşmən texnikası sıradan çıxarılır. Albert yenidən həmləyə keçməyə can atırdı. Ancaq buna macal tapmadı. Snayper gülləsi igid tankçını haqladı. Albert döyüş meydanında mərdliklə həlak oldu.
Subay idi.
Bakının Şəhidlər xiyabanında dəfn edilmişdir. Nərimanov rayonunda heykəli ucalır.Vaxtilə təhsil aldığı 154 saylı məktəb onun adını daşıyır. Məktəbin önündə büstü qoyulmuşdur.
Bu xalq siz kimi oğulları heç vaxt unutmayacaq.

Xeberdar.net

XƏBƏR LENTİ