Aydın CAN - Azərbaycanın işğalının 100, Əli Kərimlinin 55 illiyinə

Aydın CAN - Azərbaycanın işğalının 100, Əli Kərimlinin 55 illiyinəƏli Kərimliyə deyin ki, “arvad” əldən gedib və yaxud İqbal Ağazadənin Əli Kərimliyə yüksək dəyərinə etiraz həm də: Nelson Mandela 28 illik mübarizədən sonra aparteid rejimin əlindən ölkəsini xilas etdi, prezident oldu bir secki müddəti, getdi, Əli Kərimli 28 ilə... "Ata iqtidarın ana müxalifətinin lideri" statusuna "yüksəldi". Bu gün ad günüdü - bu da təbrikim...

İki-üç gündü sosial şəbəkədə qırğın gedir: Əli Kərimlinin tərəfdarları İqbal Ağazadəni söyür!
O tərəfdarlar İlqar Məmmədovu da söyür!
O tərəfdarlar İsa Qəmbəri də, Arif Hacılını da, Rauf Arifoğlunu da, Qurban Məmmədovu da söyüblər.
O tərəfdarlar Əli Kərimlinin müavini Fuad Qəhrəmanlının arvadı Zümrüd Yağmuru və qızını da söyüblər!
O tərəfdarlar hamısını söyəcəklər. Əli Kərimli haçan, kimi istəsə... söyəcəklər!
Hər şey də ondan başlayıb ki...
... 10 il Heydər Əliyevin qeyri-qanuni hakimiyyətinin legitimləşməsinə xidmət edən parlamentdəki “uğurlu” fəaliyyətindən sonra... 2005-ci ildən “müxalifət lideri” statusuna yüksələn Əli Kərimli “ana” və “ögey ana” “müxalifətin lideri” estafetini yerlərini sovxaya saxlayan Etibar Məmmədovdan və İsa Qəmbərdən çox məharətlə ələ keçirtdi!
İsa Qəmbər “ha budu ağzının içində olan prezidentliyi” kayb etdiyindən, Etibar Məmmədov da əhdə-anda-anlaşmaya sadiq qalaraq 1993-cü il xəyanətinin millətə baha başa gəldiyini anlayaraq, “na avos”a ümid bağlayaraq, üzüsulu inzivaya çəkildi: artıq “Sputnik”dən olan “tələbə yoldaşları” Prezident Aparatına gəlmişdilər, daha Rəsul Quliyevə “tripaç-tripaç” dediyi kimi deyə bilməzdi “mən kimi istəyirəm gətirirəm, mən kimi istəyirəm yola salıram”, çünki onun əliylə hakimiyyətə adam gətirdənin “kuryer”ləri indi... ona kuryerliyə yox, onun ölkəsinin ərazisini idarəetməyə göndərilmişdilər. Etibar Məmmədov bank-tikinti sektoru işlətməyə, müavini, xalqın “AMİP “KVN””-i Nazim İmanov anekdot kitabı buraxmağa göndərilmişdi!
Girov götürülən Müsavat lideriylə girovluqdan azad olunan AMİP lideri yerlərindən narahat deyildilər: “svyatoe mesta pusto ne bıvaet!”
Əli Kərimli ən yaxşı namizəd idi - bir vaxtlar dövlət katibi postuna ən yaxşı namizəd kimi!
Mən “hansı xidmətlərinə, talantına, erudisiyasına, “cahansümul” fəaliyyətinə görə” sualını vermək istəmirəm (yorulub millət oxumaqdan, eşitməkdən ki, komsomol komitəsini buraxıb ADU-da, “Qaygı” xəttiylə əyninə iki dəfə əsgər paltarı geyinib, mitinqdə kiminsə yanında durub, parlament müxbiri olanda elə olub), hərçənd ölkənin “Ata iqtidarın Ana “müxalifət” lideri” statusunda olanının tumanının ölçüsü də söz konusu olmalıdır! Eləmirəm, demirəm, eşitmək də istəmirəm çeynənmiş və gərəksiz, dəyərsiz “arqumentləri”, demək istədiyim, eşitdirmək istədiyim, millətin bilməyini istədiyim budur:
Mən Əli Kərimlini Elçibəyə xəyanətdə (Stalin Leninə etdiyi kimi), parlamentdə 24 müxbirlə “yurd” salmaqda (Yeltsin parlamenti ələ keçirən kimi), xüsusi xidmət orqanları ilə əlbir olub AXC-ni ələ keçirməkdə (Heydər Əliyev AXC-Müsavat hakimiyyətini qəsb etdiyi kimi), hakimiyyətlə işbirliyində (Rəsul Quliyev, Pənah Hüseyn, Fəzail Ağamalı) ittiham etmək istəmirəm və ittiham edənlərə də demək istəyirəm ki, boş verin (Əli Kərimlidən Stalin, Yeltsin olası-çıxası deyil), “siyasət mümkün olanı əldə etməkdir” deyirdi dünyanın altıda birində yeni formasiya yaradan Vladimir İliç Lenın: siz saya, korafəhim olubsunuz, Əli Kərimli sizdən bic, sizdən hiyləgər, sizdən ağıllı olub və bu reveransları edib, özünə SİYASİ AVTOBİOQRAFİYA düzəldib!
Amma Əli Kərimli bu halllara görə ittiham olunmalıdır: İsa Qəmbər Prezidentliyi qazandığı halda... sən indi küçələrə çağırdığın kimi niyə tərəfdarlarını küçələrə səsləmirdin? İsa Qəmbər artıq açıq-aşkar favorit olanda – AXC-Müsavat hakimiyyətinin düşmənlərinin, devirənlərinin, dünya birliyinin belə dəstəyini qazanmağa bir addımlıqda olarkən sən Heydər Əliyevlə nə Nazirlər Kabinetinin yarıbayarı bölüşdürülməsini müzakirə edirdin (sonradan bu anlaşılmayan sövdələşmə prosesindən xəbər tutan Fazil Mustafa, Qüdrət Həsənquliyev çox rahat bəyanatlar verib uzaqlaşdı - Mirmahmud Ağanın Elçibəyə sadiq dəstəylə ayrıldığı kontingentdən də qoparmalarla ayrıca AXC qurmağa başladılar)? O nə təbliğat idi qururdun “Azadlıq”da və “Azadlıq”ın yardımçı təsərrüfatlarında – “yurd”çu qəzetlərdə İsa Qəmbərin əleyhinə onun dilindən “bu oğlanın nəfəsi kürəyimi yandırır” kimi böhtan-eyforiyasıyla? O nə təbliğat idi qururdun AXC-Müsavat hakimiyyətinə xəyanəti göz önündə olan Etibar Məmmədovun xeyrinə... “mən ona dəstək olaraq namizədlikdən imtina edirəm” bəyanatlarıyla?
Adamlar – açıq-aşkar prezidentliyə layiq namizədlər niyə səsləndirmir ki, ay xalq, ay “Əli Kərimli” deyib bizi söyənlər, Əli Kərimlinin həmişə tək qoyduğu adamlar niyə ona birləşməlidir? Niyə? Axı niyə??? İttiham etdiklərinizin “xəyanət”lərindən yüzqat artığını edən Əli Kərimliyə niyə dəstək olmalıdırlar bu adamlar? Öz əlləriylə minlərlə insanı boyunduruga niyə keçirməlidirlər?
Bir halda ki... ADİdən ALİyə - bütün hallarda bu adam hiyləgərcəsinə saxtakarlıq edir, müxalifətə hakimiyyətdən gələn bütün zərbələrin “zazemleniya”-“yerötürücüsü”dürsə...
Necə? Hansı faktla? Haçan?
Mətbu formada və açıq şəkildə Azərbaycan ziyalılarını gözdən salmaq ana xətti olub Əli Kərimlinin kurasiyasında olan qəzetlərin hamısında – Sabir Rüstəmxanlıdan Əkrəm Əylisliyəcən!
Müxalifət düşərgəsində kompromat savaşını silahdaşlarına qarşı məhz Əli Kərimlinin kurasiyasında olan qəzetlər, o qəzetlərin müxbirləriylə müxbirələri aparıb!
Hamısını keçək! Əcəb edib! Adam siyasi olimpə doğru gedir! Belə bilir, belə gedir və tərəfdarları var!
Amma icazə verin soruşaq – nə qədər tərəfdarı var?
Yüz min? İki yüz min? Üç yüz min? Dörd yüz min?
Çıxın da küçəyə... day camaatı niyə söyürsünüz ki... sizi dəstəkləmədiklərinə görə, dediyinizi demədiklərinə görə!? Biz bu hakimiyyətdən narazıyıq, bu heç, bu hakimiyyət bizdən niyə narazıdı? Dediyini demirik, eləmi! Bəs hakimiyyət nə edir? Tutub qoyur içəri! Düzdümü? Pisləyirik, hə? Siz bu hakimiyyətdən fərqli nə edirsiniz ki? Siz də tuta bilmirsiniz, zor tətbiq edə bilmirsiniz, tutub anamızı-bacımızı, qızımızı söyürsünüz doğru dediyimizə görə! Buracan oxuduğunuzda yalan yoxdursa (əlbəttə ki də yoxdur!), niyə söyəsiniz ki?
Keçək bundan sonrasına. Nə qədər adam mitinq üçün küçəyə çıxsa, Azərbaycan hakimiyyətini dəstəkləyən DİN və Daxili Qoşunlar, Ordu GERİ ÇƏKİLƏR?
Əlİ Kərimlini hakimiyyəıtə gətirmək üçün nə qədər adam lazımdır - 1 MİLYON, 2 MİLYON, 3 MİLYON?
O qədər adam küçəyə çıxarsa, kim hakimiyyətə gələ bilməz ki?
Bəs, zalım balası, o qədər adamı İsa Qəmbər də, İqbal Ağazadə də, Qurban Məmmədov da, İlqar Məmmədov da küçəyə çıxara bilmirsə, hərəsi elə Əli Kərimli qədər ortaya çıxarırsa, niyə düşmüsən xalqın üstünə ki, “OLO KOROMLO LODORDO”...?
Haçan o qədər adamı çıxarar, mən də deyərəm, Iqbal Ağazadə də deyər, Qurban Məmmədov da deyər, İlqar Məmmədov da deyər, hətta İlham Əliyev də deyər... Əli bəy Əmirhüseyn bəy oğlu Kərimli bəy bu xalqın lideridir!
Çıxara bilmir? Polis zor tətbiq edir? Ordu işə qarışır? Bəs zalım balası, lider elə o adamdır da ki, polis də, ordu da işə qarışanda xalq vbecinə almır, liderinə ona qulaq asır, çıxır meydana!
Bəs zalım balası, İlqar Məmmədov, İqbal Ağazadə, Qurban Məmmədov Əli Kərimlinin dediklərini deyəndə onları meydandan qovmağa əllərində gül-çiçək bar qızlarını göndərirlər ki?
Yaxşı, biri bir söz deyən kimi, niyə satqın, xəyanətkar adlandırırsınız ki – sizin yapçı Elmandan, Siyavuşdan fərqiniz nədir ki?
Yaxşı, mən 15 il deyirəm, siz 55 il deyin, yəni anadangəlmə bu xalq üçün vuruşan Əli Kərimlinin bir nüansda bu hakimiyyətə qalib gəldiyini göstərin!
Hakimiyyətdə olanda Əli Kərimli İlham Əliyevdən, lap belə Heydər Əliyevdən, elə Elçibəyin özündən fərqli nə edəcək?
Bu sualı bilirsiniz niyə verirəm? Baş adamda ya var, ya yoxdur. Fərqli nəsə edəcək baş Əli Kərimlidə yoxdur! Heç vaxt da olmayıb - Heydər Əliyevin dövründə də, İlham Əliyev dönəmində də!
Əli Kərimli mənim üçün 2002-ci ildə “Xilafətin əmiri – Əli Kərimli” yazısını yazandan az sonra öldü! Bilirsiniz, niyə? Qəzetlərdə informasiya vermişdilər ki, Əli Kərimlinin oğlunun dərsdə ürəyi gedib, uşaq neçə gün imiş ac imiş. O informasiya yayılandan az sonra “Xural” qəzetinə yaxın çayxanada oturub söhbət edirdik. Əvəz Zeynallının başına toplaşan bir xeyli gənc yazar vardı. T. adlı bir müxbir qayıtdı ki, yalan deyirlər. Mən 1993-cü ildən Yusif Rzayevdən başlayaraq ta həmin o T. adlı jurnalistlə Əli Kərimlinin davasını döymüşəm. T. qayıtdı ki, indi gedib Əli Kərimlinin cibində nə qədər pulu var alıb gələcəm. Zəng elədi. Şahid götürdü getdi. Cibində 32 “şirvan” və qəpiklər olduğunu göstərən Əli Kərimlidən o pulu alıb gəldi. 12 “şirvan”ını də mənə verdi Moskvaya təyyarə bileti almaq üçün. Sonralar nazirlikdə və İTV-də işləyən T. onda da, indi də etiraf edir ki, Aydın nəhəngdir. Həmin an... “Düratın qanadları” yandı gözümdə.
Mən bir daha Əli Kərimlini təbliğ və mədh edən yazı yazmadım! Sonralar bir daha bir az daha öldü: Əvəz Zeynallı çığnayırdı adamı – nələr yazılıb “Xural” qəzetində “Qaynar Qazan”da, İlahi... Mən fikirləşirdim ki, yüz il keçər, Əli Kərimli Əvəz Zeynallı adında adama nəinki “salam” verməz, heç “salam”ını almaz! Mənə “Əvəz Zeynallını niyə çox istəyirsən, niyə yüksək tutursan, niyə həmişə onun yanındasan” deyənlərin cavabı olsun həm də: “Qaynar Qazan”da nə replika atdısa Əvəz Zeynallı, Qənimət Zahidin “yengəliyi”ylə Əli Kərimli “paşa-paşa” buyurdu o divana!
Bir az sonra... Əli Kərimli böyür-başına həyatını məhv etdiklərini toplamağa başladı. Ən sonuncu dəfə “Məhsul”dakı mitinqdə İbrahim İbrahimli, İsgəndər Həmidovla yanaşı durduğunu görəndə bir anekdot yadıma düşdü:
Heydər Əliyevdən Şeytan soruşur ki, özünüzdən sonra kimi məsləhət bilirsiniz Prezident olsun, Heydər Əliyev namizədinin adını deyir. Şeytan etiraz edir. Heydər Əliyev də hirslənib deyir ki, elə eləməyin Filankəsi qoyum ha! Onda Şeytandan qışqırıq qalxır: "Allahınız olsun!"
Bu anekdot kimi olsa da, tam “Ata iqtidarın Ana müxalifətinin şəriksiz lideri”nin əyninədir: Əli Kərimlinin işləklərini dəqiqliyiylə bilən Şeytandan hər dəfə qışqırtı çıxır: “Allahın olsun!”
Yaxşı, buracan olana görə də məni söyün, sıfırlayaq! Amma heç olmasa bu suallara doğru və kişi kimi cavab verək:
1993-cü ildən bəri “Azadlıq”a bir ədəd də olsa normal baş redaktor qoyubmu Əli Kərimli?
1993-cü ildən bəri olan müavinləri hardadı və kim oldular?
1993-cü ildən bəri neçə “Əli Kərimli” böyütdü?
Gündüz Tahirlinin və yaxud Qənimət Zahidin nə fərqi var ki, Bəxtiyar Sadıqovdan?
Əli Kərimlinin müavinləri nəylə fərqlənir ki, YAP sədrinin müavinlərindən?
Yaxşı, xarici pasportu başa düşdük, hökümət vermir də - Əli Kərimlidə də o baş yoxdur o pasportu alsın hökümətdən. Amma aşağılamaq üçün demirəm, həqiqət kimi deyirəm: Əvəz Zeynallı olsaydı, fələyini şaşırdardı “OVİR”in, o pasportu evində gətirib ona verərdi rəis!
Hər gün də oxuyuruq sosial şəbəkədən: 13 gündü... 14 gündü... 15 gündü Əli Kərimli izolyasiyada saxlanır!
A kişi, mən türmədə olanda telefon işlədən oğlanlar görmüşəm e – xəlvət!!! Türmə rəisi nömrəni də bilib, kameranı da bilib, kimdə olduğunu da bilib, kimin gətirdiyini də bilib, amma “şmon”da tapa bilməyiblər! Axır ki, məhbuslardan birinin “gözəlçəsi” qısqanclıqdan satıb adamı, türmə rəisi mesaj yazıb ki, ayıbdı, təhvil verin, işinizin üstünə iş gəlməsin.
Burdan bar-bar bağırmaq istəyirəm ki, eyyyy, Əli Kərimli, Nemət Pənahlı qapıbir qonşundu e, ağlına gəlmədi pul verəsən ona, ondan xahiş edəsən sənə bir simkart alsın, meqabayt yükləsin, bir halda ki, sənə simkart gətirənləri tutub içəri qoyurlarsa (gərək baş ola ki, bu variant ağıla gələ də! İqbal Ağazadə necə də haqlıdır bu hadisəylə bağlı misal gətirəndə, İlahi!)? Bu hakimiyyəti gözdən salmağa bu... yoldurmu? Bu hakimiyyətə qalib gəlməyə bu... yoldurmu? Bu hakimiyyətlə mübarizədə TƏK VƏ YEK CƏNGAVƏR olmağın sübutu beləmi olur?
Əbülfəz Elçibəy “qardaş qırğını” istəmədi... yüzminlərlə cəbhəçi didərgin düşdü, minlərlə azərbaycanlı öldürüldü - elə bil, ilanı seyid Əhmədin əliylə tutdu!
İndi Əli Kərimli də... bu xalqı bir-birinə düşmən edib zəif salmaqda: İsa... fıs, İlqar... zır, Qurban... hır, Sərdar... cır, hamı... xır, bircə bu... “ti-ti”
Adama deyərlər, a kişi, 27 ildi bu xalqın dəyər daşıyıcılarını bihörmət etməklə məşğulsan, bəsdi də!
Yoxdusa da yoxdusa da, Etibar Məmmədovda olan ar-abır, kişilik olsun səndə, çəkil! Axı “mən ömürboyu müxalifətdə olacam” iltizamına qol çəkənin kim olduğunu səndən yaxşı bilən yoxdu, ay Əli Kərimli!
Axı bu xalqın içindən durub biri sənə demirsə ki, sən 2 noyabr 2019-da “ölmüsən”, niyə sən özün özünün “öldüyünün” fərqində deyilsən?
“Kabadayı”lar xox gəlmişdi?
O “kabadayı”lar Müharrem İnceyə də “xox” gəldilər – hardadı, bilinmir, adam başa düşdü ki, müxalifət olmaq, prezidentliyə gəlmək, Arif Hacılı deyən kimidi: həm gərək 9 dövlətlə razılaşdırasan, həm də “kabadayı”larla! Gedib tum çırtlayır!
Bəs onda qərar verəndə bilmirdin ki, hansı təhdidlər ola bilər? Onda nə və hansı günün siyasətçisisən? Axı səni dəstəkləyən ən saf insanlardan İbrahim Vəliyevin sözüdür: “ən böyük bağışlanmaz cinayət ümid qatili olmaqdır!”
Sən niyə sadəlövhlüyündən, ağlıkəsməzliyindən ümidini sənə bağlamış insanları uçuruma aparırsan?
Bu xalqın ziyalı deyilən kəsimindən də Mübariz Məsimoğlu kimi hələ duza gedənlər sənə mədhnamə oxuyur! Axı sən bu etimaddan sui-istifadə etdikcə Mübariz Məsimoğlu və onun kimilər də Qan Turalının, Murad Köhnəqalanın, Mirzə Sakitin gününə qalacaqlar, peşmançılıq çəkəcəklər.
Bir dəfə statusumda birinə ünvanlı yazmışam: sənin axmaqlığını sənə sübut etmək üçün gərək sənin külli miqdarda pulunu sənin əlinlə sənin axmaqlığını sübut etmək üçün xərcləyəsən!
Sən bizim sənin uğrunda vuruşan ziyalıları niyə axmaq vəziyyətdə qoymaqdan doymursan ki, sonda bizim dilimizlə axmaq adlansınlar!?
Sən bunu kimə xatir edirsən? Oğluna görəmi? Qızına görəmi? Xanımına görəmi?
Sən bu xalq üçün heç nə eləmirsən! Sənin bu xalq üçün elədiyin Molla Nəsrəddinlikdi!
Bilirsən də o əhvalatı?
Molla Nəsrəddin arvadıyla yol gedir. Quldurlar bunları yaxalayır. Cız çəkib mollanı qoyurlar içəri. Arvadın başına it oyunu açırlar və çıxıb gedirlər. Arvad mollanı qarğışlayanda qayıdır ki, arvad, dinmə, mən də qisasımı aldım. Onlar sənin işini görəndə... ayağımı üç dəfə cızdan kənara qoydum.
A kişi, ay alternativsiz adam, yolunu bul pasport almağın, internet kəsilməyinə çarə bulmağın, sonra mitinqlərə milyon azərbaycanlı toplamaq barədə fikirləşərsən...
“Arvad” quldurların əlindədi! Sən arada ayağını cızdan kənara qoymaqla xilas olmaq olmaz, xilas edə bilməzsən bu xalqı – sənin bu “Ata iqtidara Ana müxalifət lideri” olmağın hər gün xalqın vəziyyətini gərginləşdirir – həqiqi müxalifət olsan, bu iqtidar bu qədər ağızbəhəmlik eləməz! Bu millətin ziyalılarını söydürmə, gözdən salma!
Səni yeganə adamam ki, hakimiyyətlə işbirliyində ittiham etmirəm, çünki 2002-ci ildə özüm sənə demişəm: Jak Şirak 17 il Parisin meri oldu və Fransanın prezidenti Mitterana qarşı müxalif idi! Hakimiyyətdə olmaq o demək deyil ki, sən müxalifətdə ola bilməzsən, müxalifətə keçə bilməzsən! Tarixdə elə ən uğurlu çevrilişləri hakimiyyətin içində olanlar ediblər. Amma axı sən “çevriliş” eləmək istəmirsən!
Bir müxbirin təhdidlərinə dözə bilməyən, ona yengə göndərən adamın xalqı xilas edəcəyinə mən inanmıram – o trolların nə qədər söyür söysün, istəsələr söydükləri qohumlarımın şəkillərini də qoyaram o söyüşlərin altına!
... Bir azərbaycanlı əsgər anasını söyən bir rus əsgər yoldaşını meyidinə çırpır, komandir gəlir səbəbini biləndə dəli olur: “Ay qoyun, o adi sözdü, sənin anana nə olur ki söyəndə?” Azərbaycanli dirəşir ki, yox e, olmaz, mən götürə bilmərəm. Komandir bunu aparır evinə, anasının yanına, deyir söy anamı. Nə illah edir, bu dirəşir ki, yox e, ana müqəddəsdir, söyə bilmərəm. Komandir deyir ki, sənə əmr edirəm, söy. Naəlac qalan azərbaycanlı söyür bunun anasını. Komandir anasından soruşur:
- Ana, sən bir şey hiss elədin?
“Bildiniz də nə deyirəm?”...
Əli Kərimli üçün epikriz: Müstəqil Azərbaycanda ciddi mətbuata latayır ifadələri ilk gətirən biri olaraq, eləcə də sosial şəbəkələrdə ən tərbiyəsiz söyüşləri yazan biri kimi deyim (onsuz da skrinşotlar “trol”larında var, atacaqlar şərh yerinə) ki, insan söyüşü acizliyindən söyür. İnsan biləndə ki, düşməninə nəsə edə bilər, dinmir, məqamı çatanda... EDİR! Tənqid də həmçinin... tənqid heç bir halda inkişafa və qələbəyə gətirmir! Bunu 35 illik jurnalistlik fəaliyyətindən sonra deyirəm, əmin də edirəm ki, bundan ağıllı sözü sənə heç kim deməyib, deməyəcək də!
SÖZARASI deyim ki, mən özümü yalnız sevgimə və özümü xoşbəxt təqdim etməyə həsr etmək fikrindəyəm bundan sonra, Heydər Əliyev kimi nəhəng deyiləm ki, ömrümün qalan hissəsini də xalqıma qurban edim. Odur ki, mənim üçün ayıb, utanmaq deyilən bir şey qalmayıb, heç nəyə iddiam da yoxdur, ona görə yazıram (bax, trolların buracan oxuyanda içlərində məni vura biləcəkləri faktlarla ağıllarında vərəvurd edirlər, necə söz soxacaqlarını düşünüb ləzzət alırlar, tələsirlər amma...!):
Bax, bu yaxınlarda söyüş dolu status paylaşmışdım... boşadığım, daha doğrusu boşanan həyat yoldaşıma görə... ən müxtəlif ranqlı adamlara! O adamların heç harasına olmadı! Mən bunu bilirəm! Mənim onları normal tənqid etməyim də onların heç harasına olası deyil! Bunu da bilirəm! Onlar da bilir ki, mən bunu bilirəm! Onlar ona görə heç haralarına almırlar ki, bilirlər, mən heç nə edə biləsi deyiləm!
Mən bunu acizliyimdən, gücsüzlüyümdən edirəm, Əli bəy!
Bax, eyni şeyi sən də edirsən! Deyə bilmərəm, sən də adaşın – həzrəti-Əli dünyanı boşayan kimi, hakimiyyəti boşamısan, yoxsa hakimiyyət səni boş(l)ayıb!
Mənim üçün arvad əldən getdiyi kimi, sənin üçün də “arvad” əldən gedib: 2005-ci ildə - tarixinəcən dəqiqdi... faciəmiz!
Mən faciəmdən qurtula bilərəm, boş verə bilərəm, “can onun, cəhənnəm Tanrının”,- deyə bilərəm, amma sən belə eləmə bu... xalqla! Bu həm də sənin xalqındır!
Məni sevən xanımlardan birinin sözüdür: məni sevirsənsə... uzaqlaş məndən! Sənin sevgin məmnun edir, amma etdiklərin səni türməyə, məni məhvə aparır!
Bu xalq sənin saxta da olsa, sevgindən məmnundur, amma sənin etdiklərin səni hara aparır özün bilirsən, bu xalqı məhvə aparır!
Mən həmişə onilliyi qabaqlayan yazıların müəllifi olmuşam, amma eləsi də olub ki, çox tez gerçəkləşib: əminəm ki, bu yazım da elə yazılardan biridir!
Musa peyğəmbər uçurumun ağzında yaxaladığı quzuya dediyi kimi deyirəm: “bizə yazığın gəlmir, gəlməsin, özünə niyə zülm edirsən?”
Anlamaq bu qədər çətindi sənə ki, Amerika səni hakimiyyətə gətirsəydi (hələ orasının üstündən keçirəm ki, Azərbaycanı Azərbaycan xalqının hakimiyyətə gətirdiyi adam xilas edəcək, nə rusun, nə amerikanın, nə farsın, nə ingilisin adamı), Saakaşvili kimi erkən gətirəcəkdi, Zelenski kimi bir ilə gətirəcəkdi, İlham Əliyevdən pasport ala bilmirsən, hakimiyyətmi alacaqsan, simkart ala bilməyən, almağa fəhmi çatmayan... “LİDER”, 190 manatı ala bilməyən adamlarla?
... Stiven Spilberqin bir filmi var (adı yadımda deyil, baş rolda özüdür): Şərq müdrikliyiylə Qərb zorakılığının mübarizəsi. Qərb zorakılığı qələbə çalır! “Stiven Spilberq” rəqibini bunkerində yaxalayır, ona qədər isə on ən nəhəng samurayını öldürür. Bunkerdə Şərqli Müdriklə üz-üəz qalanda deyir: Sən bədbəxt adamsan! Sən bilə-bilə ki, üstümə göndərdiyin o samurayların onunu da öldürəcəm, göndərdin. Halbuki onların biri mənim yanımda olsaydı, mən sənin kimi yüzünü öldürərdim!
Sənin yanında elə oğlanlar vardı ki, onlar ayrısının yanında olsaydılar, indi bu hakimiyyət 27 dəfə dəyişilmişdi – Sən onların hamısını “rasxod”a verdin!
Yazmazdım... sadəcə bu... vətən qarşısında son borcumdur. Ki... bilsinlər: sən çıxış yolunu bilməyən “mumiya-troll”san. Bircə faktla deyirəm: əgər doğrudan da bu hakimiyyətə qarşı idinsə 2005-ci ildən – hakimiyyətlə boşanandan, doğrudan müxalifətə keçəndən... indiyə ən azı 15 min “Əli Kərimli” olmalıydı ortada! O cəbhəçi uşaqlarını kütləvi şəkildə Türkiyəyə, Avropaya, Amerikaya oxumağa, işləməyə istiqamətləndirib, yollayıb instruktaj etməliydin ki... oxuyun, işləyin, qazanın, varlanın, nüfuz sahibi olun və bu vətəni xilas üçün qayıdın, ölməkdən qorxmayın! 15 il kifayət qədər çox vaxtdır bu hakimiyyəti dəyişmək üçün!!!
Bəhanə gətirməyin mənə ki, cəbhəçilər kasıbdırlar! Azərbaycan Respublikasında mənim ailəmdən kasıb ailə olmayıb, olmayacaq da: bir neçə il davamlı olaraq gündə üç dəfə şor çörək yemişik, yamaqlı şalvarda məktəbə getmişik, oxumuşuq iki qardaş, repetitorumuz olmayıb, xüsusi rəğbət bəsləyənimiz də, ikimiz də ali təhsil almışıq!
AXC-dən hamı satqın çıxır... bircə Əli Kərimli qalır sadiq! Amma və lakin... kimə?
YAZIYA SÖZARDI:
Həə, SAYĞIDƏYƏR İqbal Ağazadə, mahiyyəti bu olan adama münasibət bildirərlər? Adam noyabrın 2-dən “ölüb”! “Siyasi meyit”dir!
Sadəcə, bu hakimiyyətə etibar etmək olmur. Bir də gördün İlqar Məmmədovu qoydu xarici işlər naziri, Əli Kərimlini də “diriltdi”: bax, gördünüz, mən İlqar Məmmədova düz edib satqın de(DİRT)mişəm. Çünki bunların təfəkküründə budu: hakimiyyətlə yalnız Əli Kərimli işləyə bilər, ELƏ OLANDA Kərimli cənabları... xalqa xidmət etmiş olur, başqaları hakimiyyətlə əməkdaşlıq etdisə, deməli, satqındır. Elə bil Asim Mollazadə Əli Kərimlinin müavini olmayıb və yaxud Əli Kərimlinin tərəfdaşı Cəmil Həsənli deyil. Gültəkin Hacıbəyli də bu hakimiyyətlə 10 illik əməkdaşlığını nəynən, harasını necə dezinfeksiya edib, müxalifƏTləşib, sirrini bilmək olmur!
Olmadı ki, İqbal bəy! Münasibət bildirəndə Zelenskiyə, Əkrəm İmamoğluna, bəd ayaqda Saakaşviliyə münasibət bildirin. Sizə yaraşmaz axı!
Əli Kərimli bu hökümətə “internetimi kəsiblər” deyə “kıqq” edir, siz də bu qədər səviyyəsiz bir addıma münasibət bildirirsiniz! Bilsəydim münasibət bildirəcəksiniz, elə Sizə deyərdim “utandırın onu, gedin qapısının ağzına bir dənə simkart atın, kontur da yükləyin, qoy işlətsin”. O qədər elə yaxşılıqlar edibsiniz e Raufa (yəqin bildiniz də Arifoğlunu deyirəm, hər şeyə, hamıya tüpürsə də, biriləri kimi atasının adına dəyməz, zənnindəyəm), elə Əlinin (həzrəti-Əlinin ruhunu narahat etməyin, “yurd Əli”ni, Kərimovu deyirəm) özünə zamanında!!! Nə olsun ki, əleyhinizə çıxırlar...
O ki qaldı bundan sonra da “Əli Kərimli” deyib duranlara... xatırlatmam sadəcə bu: 1993-cü ildə başda Pənah Hüseyn olmaqla bu xalq Heydər Əliyevin etdiklərini unutdu, görməzlikdən gəldi, və onun etdiklərini unutduqlarına, göz yumduğuna görə çəkdikcə çəkir, Əli Kərimlinin etdiklərinə göz yumsa, unutsa, indiyədək çəkdiyi cəzanın daha ağırını daha artığıyla çəkəcək! Fərq bircə ondadır ki, Heydər Əliyevdən bunu hakimiyyətdə olanda çəkib, Əli Kərimlidən müxalifətdə olanda çəkəcək!
Bu qədər bəsit və sadə!
p.s. Koronavirus olayı bir çox planları yarımçıq qoydu - ən azından parlamentli respublikaya keçidi... Ara sakitləşəndən sonra bu gün nəyi var söyülən İlqar Məmmədovla Əli Kərimlinin dialoqunu səsləndirənlər də tapılacaq... millətin xilası naminə, əgər... İlqar Məmmədovun xarici işlər naziri qoyulması əngəllənməsə! Bütün siyasi gedişləri qabaqcadan bəlli olan ölkədə nə müxalifət olasıdı ki? İllah da ki, “Ata iqtidarın Ana müxalifətinin lideri”nin resursları xalqın anasını, bacısını, qızını söyməkdən başqa əlindən bir şey gəlməyən trol dəstəsindən ibarət ola! Hələ mən alternativ fikrə tolerantlıqdan, alternativ variantların yoxluğundan danışmıram...

Aydın CAN - Azərbaycanın işğalının 100, Əli Kərimlinin 55 illiyinə

  • 28-04-2020, 12:30
  • 420


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Qərbi Azərbaycan (İrəvan) Respublikası təşkilatlanır
  2. "...Zaman itirmədən hərəkət edilməlidir.Əks halda hər məsələ üçün çox gec olacaq"- HÜRRÜ ƏLİYEV
  3. Partiya sədri Şuşa ilə bağlı Prezidentə müraciət etdi
  4. "Bu gün Azərbaycan ordusu işğal edilmiş torpaqları hər zaman düşməndən azad etməyə qadirdir!"- MİLLƏT VƏKİLİ
  5. Millət vəkili Şahin Seyidzadə Uşaqları belə təbrik etdi- FOTO
  6. İqbal Ağazadənin təklifi Milli Məclisdə gündəmə gətirildi
  7. SON DƏQİQƏ:Dağıstanla sərhəddə azərbaycanlılarla polislər arasında qarşıdurma-VİDEO
  8. "COVİD 19" pasportu nə vaxt tətbiq olunacaq? - TƏBİB-dən AÇIQLAMA
  9. İcra başçısı Vüqar Səfərliyə ov təşkil edirmiş
  10. Deputat: “Karantin rejimində toylar keçirilsin”
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MARAQLI