Bakıda yanmış kişi meyiti tapılıb

668 28-04-2020, 19:32 cemiyyet / hadise

Bakıda yanmış kişi meyiti tapılıb
Meyitin yanında "Argo" markalı siqaretin kötüyü tapılıb

Bakıda yanmış vəziyyətdə meyiti tapılan şəxsin kimliyi hələlik məlum deyil.

Xeberdar.net-in məlumatına görə, aprelin 27-də Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsi və rayon prokurorluğuna Binəqədi rayon "DSK" yolu I mədən adlanan ərazidə üzərində yanıq xəsarətləri olan naməlum kişi meyiti aşkar edilməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə baxış keçirilib.

Meyitin yanında "Argo" markalı siqaretin kötüyü, qablaşdırılmış vəziyyətdə olan spirt və kibrit qablaşdırılaraq götürülüb.

İlkin araşdırmalarla həmin meyiti aşkar edilən şəxsin ətraf ərazilərdə butulka və dəmir yığmaqla məşğul olduğu müəyyən edilib.

Meyitin xarici müayinəsi zamanı yanmamış hissələrində hər hansı xəsarət izi aşkarlanmayıb.

Meyitin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

XƏBƏR LENTİ