Yaşlı qadın özünü binadan atdı

680 29-04-2020, 14:04 hadise

Yaşlı qadın özünü binadan atdı[size=3]Qızının evində qalırmış

Bakıda 70 yaşlı qadın özünü binadan atıb
.

Xeberdar.net in məlumatına görə, hadisə Yeni Yasamalda baş verib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, binadan yıxılaraq ölən Fərqanə adlı qadın qızının binanın 10-cu mərtəbəsində yerləşən mənzilində qalırmış. Hadisə vaxtı onun qızı yatıbmış. O yuxudan oyananda artıq anasını binanın həyətində ölü vəziyyətdə olduğunu görüb.

Qeyd edilir ki, ilkin məlumata görə, axşam yatmadan öncə onlar arasında heç bir münaqişə olmayıb. Qadının yıxıldığı, yaxud intihar etdiyi istintaq zamanı müəyyən olunacaq. Hazırda onun meyiti müayinə olunması üçün morqa təhvil verilib.

XƏBƏR LENTİ