DİN daha bir neçə rayonda əməliyyat keçirdi

750 5-05-2020, 16:38 hadise

DİN daha bir neçə rayonda əməliyyat keçirdiNarkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə Əməliyyat axtarış tədbirləri davam etdirilir.
Xeberdar.net xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Zərdab rayonunda narkotik vasitələrin kultivasiyası ilə məşğul olan Çallı kənd sakini saxlanılıb

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Çallı kənd sakini əvvəllər məhkum olunmuş Mətləb Əhmədov saxlanılıb. Ona məxsus evin bağ sahəsinə baxış zamanı
çəkisi 2 kiloqram 325 qram oan 7 ədəd narkotik tərkibli, əkilib-becərilməsi qadağan olunmuş xaş-xaş kolu aşkar edilib. Mətləb Əhmədov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq edərək yetişdirdiyini etiraf edib.
Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 237.1-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddəsi ilə cinayət işi başlanılıb istintaq tədbirləri davam etdirilir.
DİN daha bir neçə rayonda əməliyyat keçirdi
DİN daha bir neçə rayonda əməliyyat keçirdi
Psixotrop maddə olan 1 kiloqramdan çox metamfetamini 20 min manata satmaq istəyən Astara rayon sakini saxlanılıb

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Baş İdarə əməkdaşlarının Astara rayonunda həyata keçirdikləri tədbir zamanı rayonun Səncərədi kənd sakini Ramail Fərəcov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman yüksək təsiredici xassəyə malik psixotrop maddə olan 1 kiloqram 145 qram metamfetamin aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini bildirib. Araşdırma zamanı müəyyən edilib ki, Ramail Fərəcov psixotrop maddə olan metamfetamini 20 min manata satmaq istəyib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Ramail Fərəcov digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
DİN daha bir neçə rayonda əməliyyat keçirdi

İsmayıllıda narkotik becərən Balakən sakini saxlanılıb

İsmayıllıda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı uğurlu əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Balakən rayonu Qullar kənd sakini Emil Novruzov saxlanılıb. E.Novruzovun İsmayıllı rayonu Keşqurd kəndindəki evinə və həyətyanı sahəsinə baxış keçirilən zaman oradan çətənə bitkisinin toxumları, həmçinin kolluqda və plastik qabda xüsusi qulluq göstərilməklə yetişdirilən 267 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.
E.Novruzov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq, istintaq aparılır.
DİN daha bir neçə rayonda əməliyyat keçirdi
DİN daha bir neçə rayonda əməliyyat keçirdi

XƏBƏR LENTİ