“Türmə” yaxınlığında məskunlaşan sakinlər təhlükə ilə üz-üzə

1 064 7-05-2020, 09:00 gundem / video

“Türmə” yaxınlığında məskunlaşan sakinlər təhlükə ilə üz-üzə

Abşeron Rayonu, Məhəmmədli kəndinin bir qrup sakini azadliq.info-ya müraciət edib. Kəndin Sabunçu rayonunun Zabrat qəsəbəsi ilə sərhəd yaşayış məntəqəsində məskunlaşan sakinləri sosilal problemlərdən əziyyət çəkdiklərini bildirib.

“Türmə” yaxınlığında məskunlaşan sakinlər təhlükə ilə üz-üzə
Sakinlərin bildirdiyinə görə onların əsas gediş-gəlişləri Zabrat qəsəbəsi istiqamətinədir. Onlar “Kürdəxanı Türməsi” kimi tanınan Bakı İstintaq Təcridxanasına yaxın ərazidə yaşayırlar. Əsas problemləri yol və kanalzasiya ilə bağlıdır. “Sakinlərin öz hesablarına çəkdikləri çınqıl yol asfaltlanmadığı üçün dağılıb. Buna görə onların şəhərə çıxışı çətinləşib. Yol probleminə görə təcili tibbi yardım maşınları belə çağrışa gəlməkdən imtina edirlər. Həmçinin, əraziyə avtobus marşurutu yoxdur. Taksi xidmətindən də yol probleminə görə səmərəli istifadə edə bilmirlər. Heç bir taksi həmin əraziyə gəlmək istəmir”, – bunları kənd sakinləri əməkdaşımızla söhbət zamanı bildiriblər.
Kanalzasiya ilə bağlı vəziyyət daha acınacaqlıdır. Bütün çirkab sular yaxınlıqdakı kiçik göllərə axıdılır.

Yaxınlıqda zibil qutuları olmadığı üçün zibillər də həmin göllərin kənarına tökülür. İstilər düşdükdən sonra həmin ərazi əsl xəstəlik mənbəyinə çevriləcək.
Abşeron rayonun Məhəmmədi kəndinin adı çəkilən ərazisində telefon və internet rabitəsinin də olmadığı bildirilir. Sakinlər pandemiya dövründə bu səbəbdən uşaqlarının onlayn dərslərə qoşula bilmədiklərini də qeyd edib. Mobil internet baha olduğundan hamı bundan yararlana bilmir.
“Türmə” yaxınlığında məskunlaşan sakinlər təhlükə ilə üz-üzə
Sakinlər problemlərlə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etsələr də nəticəsi olmayıb. İcra hakimiyyəti problemin Avtomobil Yolları Dövlət Agentliyi və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həll olunmasını bildirib. Ad çəkilən qurumlardan isə səs-səda yoxdur.

Xeberdar.net

XƏBƏR LENTİ