"Paşinyan verdiyi vədləri yerinə yetirə bilmir" - MİLLƏT VƏKİLİ

886 7-05-2020, 22:30 siyaset / cemiyyet

"Paşinyan verdiyi vədləri yerinə yetirə bilmir" - MİLLƏT VƏKİLİ
Ermənistanda daxili siyasi və iqtisadi böhran dərinləşməkdə davam edir.
Bu Barədə Xeberdar.net'ə danışan Millət Vəkili Ceyhun Məmmədov bildirib ki, Böhran fonunda "məxməri-inqilabçı" hökumət əmlakın yenidən bölüşdürülməsinə can atır. Əsas məqsəd – erməni iqtisadiyyatının keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarqsyana yaxın qüvvələr və Rusiya kampaniyalarından indiki baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi yeni rejimin nəzarətinə keçirilməsidir. Lakin koronavirusun yayılması şəraitində Ermənistandakı vəziyyətin daha da pisləşməsi Paşinyan hökumətinin zəif cəhətlərini daha da qabardaraq onun populyarlığını xeyli azaldır. Bu da müxalifətçilər üçün hökumətə təzyiq göstərmək imkanları genişləndirir və nəticədə ölkədaxili qarşıdurmanın daha da kəskin xarakter almasına şərait yaradır. Üstəlik, Paşinyanın mövqeyini Qarabağ tənzimlənməsi ətrafında gedən proseslər laxladır. Istisna etmək olmaz ki, Rusiya tərəfindən münaqişənin həll edilməsinə yönələn mərhələli planın müzakirə edilməsinə dair açıqlamaların səbəblərindən biri məhz Ermənistanın "məxməri-inqilabçı" hökumətinin siyasi nüfuzuna xələl gətirmək idi.
Paşinyan hakimiyyətə gəldiyi ilk gündən Robert Köçəryanın və Serj Sarqsyanın Ermənistanın siyasi həyatından çıxarmaq və onların Ermənistan iqtisadiyyatına təsirini azlatmaq istiqamətində ciddi addımlar atmağa başladı: "Hazırda Paşinyan öz məqsədinə nail olmaq üçün bütün vasitələrdən istifadə edir. Bu gün qarşıda duran əsas hədəflərdən biri də Ermənistanda fəaliyyət göstərən Rusiya şirkətlərinə nəzarətin baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi yeni rejimin tam nəzarətinə keçirilməsidir. Heç şübhəsiz ki, bu məsələ Rusiyanı narahat etməyə bilməz. Hazırda Rusiya Paşinyanın məqsədlərinə nail olmaması, cəzalandırılması və nəzarətdə saxlanılması üçün müxtəlif variantları nəzərdən keçirir. Məhz, bu, baxımdan Rusiya tərəfindən münaqişənin həll edilməsinə istiqamətlənən mərhələli planın müzakirə edilməsinə dair açıqlamaların verilmə səbəblərindən birinin məhz Ermənistanın "məxməri-inqilabçı" hökumətinin siyasi nüfuzuna xələl gətirmək olduğu istisna olunmur.
Məlum olduğu kimi, Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə hazırda münaqişənin həlli uzanır. Erməni tərəfi tez-tez bir-birini təkzib edən bəyanatlar verir. Bu səbəbdən hazırda Ermənistan iqtisadiyyatında da ciddi problemlər və tənəzzül müşahidə olunur. Paşinyan verdiyi bir çox vədləri yerinə yetirə bilmir və bu Ermənistan əhalisində narazılığını artıraraq Paşinyan hökumətinə olan inam və etibarı zəiflədir.
Bu narazılıqların getdikcə çoxalması ölkədə ictimai-siyasi gərginliyi daha da artırır. Hazırda Paşinyanın əsas məqsədlərindən biri də Ermənistanı Rusiyanın təsirindən tamamilə çıxarmaq və Qərblə əlaqələri ən yüksək səviyyəyə çatdırmaqdır. Rusiya bunun baş verməməsi üçün bütün imkanlardan istifadə edir. Ancaq proseslərin gedişi göstərir ki, Ermənistan iqtisadiyyatı getdikcə daha ciddi sınaqlarla üz-üzə qalacaq və bu ölkədə həm iqtisadi həm də siyasi böhran daha da dərinləşəcək. Heç şübhəsiz ki, Rusiya ilə münasibətlərin gərginləşməsi, bir sıra məsələlərdə fikir ayrılığının dərinləşməsi də bu prosesə öz ciddi təsirini göstərəcək. Hazırda Azərbaycan bu vəziyyətdən istifadə etməyə və Ermənistana təzyiqləri daha da artırmağa çalışır. Hazırkı mərhələdə münaqişənin həllində Azərbaycanın xeyrinə dəyişikliklərin baş verməsi istisna olunmur".


Xeberdar.net

XƏBƏR LENTİ