İcra başçısından nümunəvi addım - Hədiyyəsini vətəndaşın evinə apardı - FOTOLAR

765 23-05-2020, 22:20 cemiyyet / bolge

İcra başçısından nümunəvi addım - Hədiyyəsini vətəndaşın evinə apardı  - FOTOLAR
İsmayıllı sakini dövlət dəstəyini evində aldı

Bu barədə İsmayıllı RİH-dən Xeberdar.net'ə məlumat verilib. Bildirilib ki, İsmayıllı şəhər sakini, II qrup əlil İlham Dadaşova evində elektron araba hədiyyə olunub. Belə ki, bu günlərdə rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov əzələ xəstəliyindən əziyyət çəkən vətəndaşı videobağlantı vasitəsi ilə qəbul edib. Görüşün mövzusu rayon sakininin xəstəliyi barədə olub. Müalicənin gedişi və bu sahədə çətinliklərdən bəhs olunub. İ.Dadaşova dəstək veriləcəyi bildirib.
İcra başçısından nümunəvi addım - Hədiyyəsini vətəndaşın evinə apardı  - FOTOLAR

Videoqəbuldan 2 gün sonra, icra başçısı dövlət qayğısından irəli gələn hədiyyəni vətəndaşa evində verib, onu Ramazan bayramı və 28 May – Respublika Günü münasibəti ilə təbrik edib. Karantin qaydalarına əməl olunaraq təşkil edilmiş yeni görüş zamanı rayon sakini qısa zamanda dövlət tərəfindən göstərilən köməyə görə təşəkkürünü bildirib. O, əlilliyi ilə əlaqədar hər ay dövlətdən aldığı təqaüdə görə də məmnunluğunu nəzərə çatdırıb.

İcra başçısından nümunəvi addım - Hədiyyəsini vətəndaşın evinə apardı  - FOTOLAR


Mirzə li

Xeberdar.net

XƏBƏR LENTİ