ÇİNİ BİTİRMƏK QƏRARI VERƏN VƏ PUTİNİ TƏHDİD EDƏN KOX AİLƏSİ:Trampın bütün komandası bu gücün sözüylə hərəkət edirmiş - ARAŞDIRMA

543 8-06-2020, 09:00 dunya

ÇİNİ BİTİRMƏK QƏRARI VERƏN VƏ PUTİNİ TƏHDİD EDƏN KOX AİLƏSİ:Trampın bütün komandası bu gücün sözüylə hərəkət edirmiş - ARAŞDIRMAƏrgün Dilər

“Takvim”, Türkiyə, 03 iyun 2020-ci il



Dünyanın zirvəsində getməkdə olan mübarizədən başlayaq. Ancaq öncə üzr diləmək istəyirəm. Dünən yazımın bir bölümündə “Küçələr qarışan kimi, Kox ailəsi Trampa dəstək vermək üçün hərəkətə keçdi” deyərək, bir qeyd etmişdim. Bu, doğrudur. Ancaq yalnışlıqla bir neçə ay bundan öncə ölən və sağ ikən çox aktiv olan Devid Koxun adını çəkmişdim. Qazax yeməkxanasında gördüyüm zaman məni təəccübləndirmişdi. Görünür, yaddaşımda o qaldığı üçün əsil patron olan Çarlz Koxun yerinə onun adını çəkmişəm. Çarlzdan başqa, Bill və Frederik də vardır. Bu qardaşlar ABŞ-da zirvədə yer tuturlar. Və sanki dövlətdirlər.

Davam edək. ABŞ-la Çin arasında gedən savaşdan çox yazıram. Türkiyə də, istəsə də, istəməsə də, bu savaşın mərkəzində yer alır. Qaçmaq mümkün deyildir. Və ABŞ tərəfindəki ağılı anladıram.

Digər tərəfdə Çinin Siyasi Bürosu və İngiltərəyə uzanan oliqarxlar vardır. Bu xətt haqqında da çox yazdım. ABŞ-da isə ən təpəyə yerləşənlərdən biri Koxlardır.

“Forbes”-un siyahısına düşmək üçün Koxların icazəsi olmalıdır, orada qalmaq üçün də itaət, qeydsiz-şərtsiz itaət göstərmək lazımdır. Koxların sözündən çıxdığınız an bitərsiniz. Bu, bəlkə də, onların tutduğu mövqeni anlamağı asanlaşdıracaqdır.

Sual verə bilərsiniz: “Koxların sözündən çıxmayanlar və çıxanlar kimlərdir?”

Köhnələrdən Məhmət Əmin Qaraməhmət, Uorren Baffet, Ceff Bezos, Silvio Berluskoni, Edqar Bronfman, Maykl Dell, Li Kainq, Karlos Slim, Aqnelli, Filipp Nayt, Riçard Brenson, Yuli Ofer və dünyaca məşhur olan onlarla iş adamı… Bu siyahıya elə şəxslərin adı düşər ki, çaşarsınız.

Qeyd etdiyimiz kimi, “Forbes”-un siyahısına düşmək üçün Koxların icazəsi olmalıdır. Olmazsa, yox olarsınız, silinərsiniz. Güc budur. Bundan illər öncə Vaşinqtonda gördüyüm Devid Kox, inanılmaz dərəcədə sadə və iddiasız bir insan idi. Amma ailəliklə idarə etdikləri güc də ortadadır.

Bir halda ki, “Dərin Amerika”nın içində gəzişirik, Çinlə aparılan mübarizəni sizə çatdırmağa cəhd edirik, o halda, məsələni bir az da açaq.

Robert Le Fevr həddindən artıq önəmli şəxsdir. O, Koxların atasının dostu, əslində, ağıl verəni idi. Hazırda əsil patron olan Çarlz Kox yalnız onun sözündən çıxmazdı. Robert Le Fevr amerikalı iş adamı olaraq tanınırdı. O, 35 il öncə ölsə də, fikirləri və planları bir-bir həyata keçir.

1985-ci ildə Robert Le Fevrin evində bir görüş oldu. Cina Haspel, Mayk Pompeo, Stiv Bennon, Cim Mattis və Robert Müller kimi şəxslər Robert Le Fevrin son əmrlərini almağa getmişdilər. Robert Le Fevr, ən azı, öz vəsiyyətlərini açıqlayırdı.

“Dərin Amerika”nı tanıyan hər kəs həmin görüşün sammit olduğunu söyləyər. Bu görüşdən sadəcə 24 saat sonra Cina Haspel MKİ-yə işə girdi. Bunu istəyən adamın Robert Le Fevr olduğunu deməyimə ehtiyac varmı?

Bir il sonra Mayk Pompeo “West Point”-dən birinciliklə məzun oldu. Eyni həftədə Harvard Universiteti Stiv Bennona 100%-lik burs verdi.

Le Fevr həmin gün Cim Mattisə “Əziz Cim, 35 yaşındasan və hələ evlənməmisən. ABŞ naminə evlənməməyini istəyirəm. Çünki ailə həyatı sənin kimi birini duyğusallaşdıra bilər. Bu çox ağır tələbi yerinə yetirə bilərs’nmi?” dedi. Mattis bu gün 70 yaşındadır və heç evlənmədi. Hətta sevdiyi bir qadın var idi. Toy günü belə, müəyyən olunmuşdu. Dəvətnamələr paylanmışdı. Amma bir telefon zəngi ilə evlənəcəyi qadından uzaq düşdü.

O toplantıdan sonra Prezident Trampı son dərəcə sıxışdıran və Ağ Evi ona dar edən prokuror Müllerin də, dostları kimi, yolu açıldı. Robert Müller həmin həftə Reyqanın hüquq komandasının müşaviri vəzifəsinə yüksəldi. Gələcəkdə FTX-də işləyəcəyini də həmin gün ona Le Fevr söylədi.

Bu gün “Dərin Amerika”nın ən çox etibar etdiyi şəxslər məhz Cina Haspel, Mayk Pompeo, Stiv Bennon, Cim Mattis və Robert Müllerdir.

1985-ci ildə keçirilən bu toplantı Le Fevr üçün son görüş idi. O, bir il sonra həyatını itirdi. İndi Le Fevr kimi düşünən biri vardır. O da Çarlz Koxdur. O, çox önəmli addımlar atdı. Bu gün ABŞ-ın ən güclü şəxslərindən biri Çarlz Koxdur. Bəlkə də ən güclüsüdür. O, sadəcə zəngin bir iş adamı deyildir. Dərinlərə uzanan və hər yerdə əli olan biridir. Türkiyədəki uzantılarını saymaq istəmirəm. Amma Çindən Avropayadək hər yerdə vardırlar. Yəni, burada olmamaları mümkün deyildir.

Kristofer Leonardın “Koxland: Kox sənayesinin gizli tarixi və Amerikadakı institusional güc” adlı kitabı Kox ailəsinin pərdə arxasında nə qədər güclü olduğunu anladır. Bu kitaba sığmayan çox önəmli nöqtələr də vardır. Tanıyanlar bilir ki, Koxlar “koxtopus”dur, oktapoddur. ABŞ-ın və dünyanın hər bir yerində güclüdürlər.

İndi isə gündəlikdəki məsələyə, yəni, hazırda gedən savaşa keçək. İllərdir Kox ailəsi Çini hədəf alır. Çinin qarşısıalınmaz yüksəlişində amerikan sisteminin böyük payı olsa da, Kox ailəsi artıq bunun durdurulmasının zamanının gəldiyini söylədi. Doğrusu, bunu dilə gətirən bütün şəxslər elə Koxların sahib çıxdığı, yolunu açdığı şəxslərdir. Hamısı da önəmli yerlərdədir. ABŞ-da da, Türkiyədə də…

Kristofer Leonard, Kox ailəsi haqqında belə şərh verir: “İstədiyini planlaşdırar və edər”. Onun “Güc ən çox Kox ailəsinə yaraşır” sözləri də, əlbəttə, önəmlidir. İndi Çinin mərkəzə qoyulması və bitirilməsi üçün Kox ailəsi çox önəmli qərarlar verdi.

Robert Müller Rusiya mərkəzli iddialarla, əslində, Çinlə bağlı prosesi başlatdı. Rusiya Çinin görünməyən üzü idi. Aralarında açıqlana bilməyən çox önəmli gizli bir şəbəkə var idi. Daha doğrusu, Rusiya daxilində Çinlə hərəkət edən bir cərəyan var idi. ABŞ-ın Rusiyanı hədəf aldığı, oliqarxları qara siyahıya saldığı günlərdə əmrlər daima Kox ailəsindən gəlirdi. Məsələn, Putinin yaxın dostu Oleq Deripaska Koxların qara siyahısına salınmışdı. Və həyat onun üçün dözülməz olmuşdu. Çarlz Kox yaşadığı müddətdə bir adamı təhdid etdi. O da Vladimir Putin idi. Putinə, Kox ailəsinin Rusiya ilə bağlı olan çox önəmli addımlarına mane olan şəxs kimi baxılırdı. Əslində, Putin bir neçə dəfə Kox ailəsilə təmas qurmağa çalışdı. Ancaq buna nail ola bilmədi. Koxlara yol tapa bilmədi.

Çarlz Kox, Putinin Çinlə bağlı gizli gündəliyini öyrəndikdən sonra ABŞ-ın “dərin dövlət”i Moskvanı hədəf aldı. Əgər Putin Çinlə bağlı geri addım atsaydı, Rusiya hədəf olmazdı.

Mayk Pompeo da, Stiv Bennon da, Cina Haspel də, Cim Mattis də, Robert Müller də Çarlz Koxun hər bir qərarını sorğu-sual etmədən həyata keçirər. Xətt budur. Lakin bunu da bilmək lazımdır ki, Çarlz Kox və ailəsi heç bir zaman şəxsi qərar verməz. Şəxsi işləri “dərin dövlət”in işlərilə, əsla, qarışdırmaz.

Çarlz Kox respublikaçılar arasında yaşanan ziddiyyəti bitirən şəxs kimi də tanınır. Bu belə, Kox ailəsinin real gücünün anlaşılması üçün yetərlidir. Çünki demokratlardan fərqli olaraq, respublikaçılar daima bir ziddiyət içində olmuşlar. Ancaq Çarlz Koxun “Yeganə güc Amerikadır!” sözü ilə yeni bir mərhələ başlamışdır. Bu mərhələnin uğurla davam etməsi üçün Çinin nəzarət edilə bilən hala gətirilməsi tələb olunurdu. Savaş da, mübarizə də, sui-qəsdlər də, maliyyə əməliyyatları da bu tələbdən irəli gəlir. Koronavirus pandemiyası ilə birlikdə, bu ehtimal artdı. Lakin yalnız koronavirusla nəticə almaq asan deyildir. Bunu da ən yaxşı bilən elə Kox ailəsidir.

Cef Bezos çox zəngin, güclü və ağıllıdır, lakin Çarlz Koxun sözündən çıxmaz. Larri Ellison belə, bəzən müəyyən reallıqları qəbul etməsə də, Çarlz Koxun verdiyi qərarları həyata keçirərdi. “Oracle”-ın sahibi olması belə, durumu dəyişmirdi. Bu, bir çox zəngin üçün keçərlidir. ABŞ-da zəngin olmaq üçün seçilmək lazımdır. Zəngin qalmaq üçün bağlılıq olmalıdır. “Forbes”-ın 20 il öncəki zənginlər siyahısına baxsanız, bağlılıqları olmayanların necə yox olduğunu görərsiniz. Bu sistem indi Çinlə böyük savaş içindədir.

Türkiyə də daxil olmaqla, bütün dünyada baş verənləri anlamaq üçün baxılması tələb olunan ilk ünvanı yazdım. Vəzifələr buradan paylanır. Biri kəşfiyyat rəhbəri, biri iş adamı, biri proqram təminatı üzrə div, biri də prezident olur. Ancaq kimsə bu xəttdən kənarda qala bilmir. Daxilə də, xaricə də belə baxın. Onda detalları da, savaşı da daha yaxşı anlayarsınız.

Tərcümə Strateq.az-ındır

XƏBƏR LENTİ