Bakıya gediş-gəlişlə bağlı VACİB XƏBƏR

Bakıya gediş-gəlişlə bağlı VACİB XƏBƏRKoronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda bir çox karantin rejimi məhdudiyyətləri götürülüb. Paytaxtda və eləcə də rayonlarda artıq həyat normal qaydada davam edir. Qarşıdakı günlərdə rayonlar arası gediş-gəliş bərpa oluna bilərmi?
Xeberdar.net "sonxeber.az"-a istinadən xəbər verir ki, bununla bağlı danışan deputat Cavanşir Paşazadə bildirib ki, karantin rejiminin yumşaldılması ilə bağlı qərarları Nazirlər Kabineti yanında Operativ Qərargah verir:

"Daxili gediş-gəlişin bərpası ilə bağlı məsələ də Operativ Qərargahın səlahiyyətində olan bir məsələdir. Bilirsiniz ki, bu gün bütün dünya ölkələri koronavirusla mübarizə aparır. Operativ Qərargah pandemiya ilə bağlı həm digər dövlətlərdəki, həm də ölkəmizdəki son vəziyyəti dəyərləndirərək qərarlar verir.
"Bu vəziyyətdə insanların birdən-birə rayonlara axışmasına icazə vermək olmaz. Çünki elə rayonlar var ki, orada yoluxma yoxdur və ya çoxdur. Daxili gediş-gəlişin açılması bütün ölkə üzrə yoluxmanı artıra bilər. Ümumiyyətlə, bizim normal həyata qayıtmağımız vətəndaşlarımızdan asılıdır.

İnsanlarımız Operativ Qərargahın qoyduğu qaydalara və tövsiyələrinə əməl edərlərsə, normal həyatımıza tezliklə qayıda bilərik. Əks halda bir aya sona çata biləcək pandemiya və karantin rejimi 3-5 ay uzadıla bilər. Əlbəttə, bunu heç birimiz arzulamırıq".

Bakıya gediş-gəlişlə bağlı VACİB XƏBƏR

  • 15-06-2020, 23:04
  • 205


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Qubada ağac qətlamı davam edir
  2. Azərbaycan Ordusu bir sıra əraziləri işğaldan azad etdi - SON DƏQİQƏ
  3. "...ZƏFƏR BİZİMDİR" - Hürrü Əliyev
  4. Qobustanda kütləvi dava: Bir nəfər bıçaqlandı, üç nəfər döyüldü
  5. Azərbaycan Ordusu bir sıra əraziləri işğaldan azad etdi - SON DƏQİQƏ
  6. Ordumuz bir sıra əraziləri işğaldan azad etdi-SİYAHI
  7. MN: Düşmənin iki tank, iki PDM, dörd D-30 haubitsa topu, bir 2A36 “Qiasint-B” topu məhv edilib - VİDEO
  8. QUBADLI ŞƏHƏRİ VƏ BƏZİ KƏNDLƏR İŞĞALDAN AZAD EDİLDİ! - Ali Baş Komandan yeni zəfər xəbərini verdi! + FOTO
  9. Ali Baş Komandan: “Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü”
  10. Paşinyanın qızı sosial şəbəkələrdə Rusiya rəhbərliyini və rus xalqını təhqir edir - FOTO
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI