“Sədərək” bu tarixdə bağlanır: Sahibkarlara hansı güzəşt olunacaq? - AÇIQLAMA

737 19-06-2020, 10:28 cemiyyet

“Sədərək” bu tarixdə bağlanır: Sahibkarlara hansı güzəşt olunacaq? - AÇIQLAMANazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində iki həftəlik karantin rejimi dövründə iri ticarət mərkəzlərinin fəaliyyətini dayandıracağı deyildi. Verilmiş qərarlara uyğun olaraq “Sədərək” Ticarət Mərkəzi (TM) də fəaliyyətini dayandıracaq”.

Xeberdar.net xəbər verir ki, Bu sözləri “MediaPost”a açıqlamasında “Sədərək” TM-nin mətbuat katibi Kəmaləddin Qədim deyib. O, iki həftəlik müddətdə sahibkarlardan yer pulunun alınması məsələsinə də aydınlıq gətirib:

“Bundan öncə də məhdudiyyətlər tətbiq edilməmişdən əvvəl bazar rəhbərliyi sahibkarlara jest edərək, onları icarə haqqından azad etdi. Bazar açılandan sonra da heç kimdən icarə haqqı tələb olunmayıb. Əvvəlcədən biz heç nə deyə bilmərik. İşləməyən yerdə kimdən pul tələb oluna bilər ki? İki aya bazar işləməyəndə kimdən yer pulu alına bilər? Burada heç bir məntiq yoxdur”.

Sözçü həmçinin bildirib ki, TM açıldıqdan sonrakı müddət ərzində rəhbərlikdə və sahibkarlar arasında yoluxma halları qeydə alınmayıb.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah dünənki birifinqdə 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda ciddi karantin rejimi tətbiq ediləcəyini açıqlayıb. Sözügedən ərazilərdə ticarət mərkəzlərinin, ictimai-iaşə obyektlərinin yerində xidmət, bərbərxana-gözəllik salonlarında kosmetik xidmətlər, o cümlədən bu sahədə müştərilərin evində və ya digər məkanlarda xidmətlər muzey və sərgi zallarının fəaliyyəti dayandırılacaq, malların satışı və xidmətlərin göstərilməsi ilə bağlı istisnalar nəzərə alınmaqla məhdudiyyətlərin tətbiqi, eləcə də açıq havada idman oyunları olmayacaq.

XƏBƏR LENTİ