AZƏRBAYCAN BOKSÇUSU KORONAVİRUSDAN ÖLDÜ - Bir gün sonra anası da vəfat etdi

807 24-06-2020, 11:40 cemiyyet / hadise

AZƏRBAYCAN BOKSÇUSU KORONAVİRUSDAN ÖLDÜ - Bir gün sonra anası da vəfat etdiAzərbaycanda 37 yaşlı boksçu ad günündə koronavirusdan vəfat edib. "Qafqazinfo"nun verdiyi xəbərə görə, 1983-cü il təvəllüdlü Ramin Qurbanov 10 gün öncə koronavirusa yoluxduğu aşkarlandığı üçün xəstəxanaya yerləşdirilib. İyunun 22-də doğum günü olub, dostları ona təbriklər yazıb, o da təbriklərlə bağlı paylaşım edib. Həmin gün axşam saatlarında koronavirusdan vəfat edib.

Onun vəfatından bir gün sonra, iyunun 23-də isə anası Nazilə Qurbanova ürək tutmasından dünyasını dəyişib.

R. Qurbanovun 1 azyaşlı qızı var. Onun talassemiya xəstəsi olduğu bildirilir.

Xeberdar.net

XƏBƏR LENTİ