MASKA TAXMAYANLAR ÜÇÜN DƏ CƏRİMƏLƏR 2 DƏFƏ ARTIRILIR - Təklif edilən dəyişiklik

MASKA TAXMAYANLAR ÜÇÜN DƏ CƏRİMƏLƏR 2 DƏFƏ ARTIRILIR - Təklif edilən dəyişiklikEpidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.

APA-nın məlumatına görə, bu, Milli Məclisin iyulun 29-da keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.

Qüvvədə olan qanuna əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 yüz manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.

Layihəyə əsasən, buna görə cərimələr də iki dəfə artırılır. Beləliklə, həmin əməllərin inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 yüz manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə ediləcək.

MASKA TAXMAYANLAR ÜÇÜN DƏ CƏRİMƏLƏR 2 DƏFƏ ARTIRILIR - Təklif edilən dəyişiklik

  • 27-06-2020, 16:46
  • 280


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “RUSİYA AQRESSİVLİK NÜMAYİŞ ETDİRSƏ, ONU PARÇALAYACAQLAR” – “Bizim generalın yerdəyişməsini ermənilərə Rusiya verib”
  2. Aleksandr Lukaşenko ilk təbriki qəbul etdi
  3. "Azərsu" rəhbərinin saray kimi evi (FOTOLAR)
  4. Şahin Seyidzadə: "Hökümət yeni idarəetmə modelləri tətbiq etməkdə israrlıdır"
  5. DİNŞÜNAS DEPUTATIN KORONAVİRUS “MOİZƏSİ” – İnsanları məsuliyyətli olmağa çağırmaq asandır, amma...
  6. Millət vəkili iki oğlunun təhsili üçün 300 min dollar xərcləyib
  7. AZAL-da “TƏMİZLƏMƏLƏR” BAŞLADI - Şirkətdə bir qrup vəzifəli şəxs işdən çıxarılıb
  8. Sabah hava necə olacaq? –Proqnoz
  9. Bunlar baş verirsə, deməli koronavirusa tutulmusunuz — DİQQƏT
  10. Slovakiya rusiyalı diplomatları ölkədən çıxardı
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI