Avtomobillər toqquşdu - 1 ölü

900 30-06-2020, 22:22 hadise / bolge

Avtomobillər toqquşdu - 1 ölü
Xaçmaz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Xeberdar.net İstiPress-in şimal bürosuna istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, iyunun 29-u saat 18 radələrində Xaçmaz rayonunun Çarxı-Sayad kəndi ərazisində Sayad kənd sakini M.Dadaşovun idarə etdiyi “QAZel” və Şabran rayon sakini Fərrux Nəzərovun idarə etdiyi “VAZ-21115” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ”ın sürücüsü hadisə yerində ölüb.

XƏBƏR LENTİ