DTX XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ ƏMƏLİYYAT KEÇİRİR - Rəsmi açıqlama

1 178 3-07-2020, 13:39 kriminal

DTX XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ ƏMƏLİYYAT KEÇİRİR - Rəsmi açıqlamaAzərbaycan Respublikası Xarici İşlər Nazirliyində anti-korrupsiya əməliyyatı həyata keçirilir.

DTX-dən verilən məlumata görə, Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir. Nazirliyn bir neçə vəzifəli şəxsinin saxlandığı bildirilir.

XƏBƏR LENTİ