Ən yeni erməni tarix saxtakarlığının hədəfi xristian dünyasının özü oldu - “Səlib yürüşlərinin başında biz getmişik, xristianlığı biz yaymışıq”…

971 8-07-2020, 19:53 siyaset / cemiyyet

Ən yeni erməni tarix saxtakarlığının hədəfi xristian dünyasının özü oldu - “Səlib yürüşlərinin başında biz getmişik, xristianlığı biz yaymışıq”…

Faiq Ələkbərli: “Ermənilər Səlib yürüşünün başında getməyiblər, onlar Səlib yürüşçülərinin xeyrinə satqınçılıqla, xəfiyyəliklə məşğul olublar”
arixən satqın, xəyanətkar toplum olan ermənilər özlərini dünyanın “ən qədim xalqı” kimi təbliğ etmək iddiasını ortaya qoymaqda davam edirlər.

Ermənilər heç bir tarixi həqiqətə əhəmiyyət vermədən iddia edirlər ki, guya 1095-ci ildə başlanan Səlib yürüşünə (“Xaç yürüşü”) ermənilər rəhbərlik edib və dünyanın xristianlaşması birbaşa ermənilərin iştirakı ilə həyata keçirilib, müxtəlif xalqlara, o cümlədən də ruslara xristianlığı onlar qəbul etdirib (?). Bundan başqa hətta onlar utanmadan, qızarmadan iddia edirlər ki, çar Vladimirin həyat yoldaşı erməni Vizantiyalı Anna olub.

“I Vladimirin ermənilərin təhriki ilə xristianlığı qəbul etməsi ilə bağlı iddia əsassızdır”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, “Xaç yürüş”ləri həyata keçirildiyi dövlərdə ümumiyyətlə erməni dövləti olmayıb və birmənalı olaraq ermənilərin xristianlığın yayılmasında heç bir rolu olmayıb. F.Ələkbərlinin qeyd etdiyinə görə, ermənilər xristianlığı sonradan qəbul edib və onlar xristianlığı parçalamaqla bu dinin özünə böyük ziyan vurublar. Ermənilərin öz yeni iddiaları ilə xristian dünyasını hədəfə aldığını deyən F.Ələkbərlinin sözlərinə görə, Səlib yürüşlərində xristianlığın başqa xalqlara qəbul etdirilməsində ermənilərin heç bir rolu olmayıb. “Məlum olduğu kimi XI əsrdə Anadoluda Səlcuq türk dövləti yarandı və səlcuqların Anadoluda möhkəmlənməsindən sonra “Xaç yürüşləri”nin əsası qoyuldu. XI əsrin sonu XII əsrin əvvəllərində Bizans imperatorları da məhz Roma papasının vasitəsilə Avropadan əsgər istəyir və “Xaç yürüşləri”ni həyata keçirməyə başlayır. Həmin dövrlərdə Anadolunun bəzi şəhərlərində ermənilər yaşayırdı. Onların bəziləri Səlcuqların hakimiyyətini tanıyırdı, bəziləri isə Bizansa bağlı olaraq varlıqlarını sürdürürdülər. Məhz bu dövrdə Səlib yürüşlərinin başlanması ilə bağlı qərarın qəbul edilməsi bir çox Şərq xristianları kimi erməniləri də çox yaxından maraqlandırıb. Bəzi bilgilərə görə, ermənilər avropalıların bu hərəkatını Şərq xristianlığının qurtuluşu hərəkatı zənn ediblər və buna mümkün olan dəstəyi verməyə də çalışıblar. Düzdür, irəlidə ermənilərin Səlib yürüşlərinə bəslədikləri ümid elə də özünü doğrultmayıb. Ermənilərin Səlib yürüşlərinə qatılmaqda əsas məqsədləri dünyanın xristianlaşmasına təkan vermək yox, birbaşa Səlcuq imperiyasına, müsəlman dünyasına xəyanət etmək olub. Onlar Səlib yürüşləri zamanı yaşadıqları dövlətlərə qarşı xəyanət yolu tutub və Səlib yürüşçülərinə həmin ölkələrin strateji yerlərin, qalaların yolunu göstəriblər. Bu məsələdə xüsusilə də klikiya erməniləri daha fəallıq edib və yürüşçülərə hər cür şərait yaradıblar, onları ərzaqla və sairlə təmin ediblər. Bilirsiz ki, bir müddət Bizansın paytaxtı olan İznik şəhəri səlcuqlar tərəfindən tutulmuşdu. Bu şəhərin türklərin əlindən alınmasında ermənilərin xəyanətlərini xüsusi vurğulamalıyıq. Ermənilər satqınçılıq, xəfiyəlik məsələsində Səlib yürüşçülərinə hər cür dəstək veriblər. Sözümün canı odur ki, ermənilər Səlib yürüşünün başında getməyiblər, onlar Səlib yürüşçülərinin xeyrinə satqınçılıqla, xəfiyyəliklə məşğul olublar. Türkiyə mənbələrinin özündə bu dövrdə ermənilərin türklərə qarşı etdiyi bütün xəyanətlər haqqında, o cümlədən də Urfanın və sairin Səlib yürüşçülərinin əlinə keçməsində də ermənilərin əlinin olması haqqında məlumatlar var. Yəqin ermənilər də bu iddianı irəli sürərkən etdikləri xəyanətləri nəzərdə tururlar, amma bunu xəyanət kimi yox özlərinə sərf edən formada təqdim edirlər. Səlcuqların əlində olan şəhərlərin, qalaların yenidən Səlib yürüşçülərinin əlinə keçməsində ermənilər “mühüm rol” oynayıb”.

F.Ələkbərlinin sözlərinə görə, 970-ci ildə atası I Yarapolkun ölümündən sonra Novqorod knyazı olan və 978-ci ildə Kiyev taxtını ələ keçirən I Vladimirin hakimiyyəti dövründə Kiyev Knyazlığı xristianlığı qəbul edib. “O, kilsə tarixində Müqəddəs Vladimir kimi tanınır. I Vladimirin ermənilərin təhriki ilə xristianlığı qəbul etməsi ilə bağlı iddia əsassızdır. Ermənilər əsassız olaraq iddia edirlər ki, guya I Vladimirin arvadı Anna erməni olub. Bəzi rus alimləri isə ehtimal edirlər ki, Annanın özü yox, anası erməni mənşəli olub. Bu isə təsdiqini tapmayan məsələdir. Hesab edirəm ki, bütün bunlar növbəti erməni uydurmasından başqa bir şey deyil”-deyə F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA

XƏBƏR LENTİ