“ABŞ İran generalının qeyri-qanuni qətlini həyata keçirib” - BMT-nin xüsusi məruzəçisi

737 9-07-2020, 14:58 cemiyyet

“ABŞ İran generalının qeyri-qanuni qətlini həyata keçirib” - BMT-nin xüsusi məruzəçisiBu ilin əvvəlində Amerika Birləşmiş Ştatlarının (ABŞ) İraqda həyata keçirdiyi hava əməliyyatı, onun nəticəsində iranlı general Qasım Süleymaninin və daha 9 nəfərin həlak olması beynəlxalq hüququn pozulmasıdır. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) xüsusi nümayəndəsi Aqnes Kallamar bəyan edib («Röyter»).

ABŞ ynvarın 3-də Bağdad aeroportunun yaxınlığında Süleymaninin olması səbəbilə, onun maraqlarına davam edən və ya qaçılmaz hücumların mövcudluğu barədə yetərli sübutlar göstərməyib. Ümumdünya təşkilatının müstəntiqi bildirib ki, Amerikanın hücumu BMT-nin nizamnaməsini pozub. O, qətlin günahkarlarının cəzalandırılmasına çağırıb.

«Dünya kritik dövrünü yaşayr və mümkündür ki, dönüş anını - iş dronlardan istifadəyə yetişərkən… Beynəlxalq ictimaiyyət sukut edir» - Kallamar «Röyter» agentliyinə danışıb.

Məruzəçi xanım iyulun 9-də öz nəticələrini BMT insan hüquqları üzrə Şurasına təqdim etməlidir.

«General Süleymani İranın İraqda və Suriyada hərbi strategiyası və fəaliyyəti üzrə cavabdeh idi. Ancaq vətəndaşlarına real və biraşa təhdidn olmaması şəraitində ABŞ-n nümayiş etdirdiyi fəaliyyət kursu qanunsuz olub» - hesabatda deyilir.

Sənəddə həm də göstərilir ki, ABŞ HHM qüvvələrinin pilotsuz uçağı ilə endirilmiş zərbə bir dövlətin özünümüdafiə məqsədilə başqa dövlətin ərazisində digər dövlətin vəzifəli şəxsinə hücumunun əsaslandırılması istiqamətində baş vermiş ilk insidentdir.

AzPolitika.info

XƏBƏR LENTİ