Rza Rzayev yazır:"DÜŞMƏN NƏ İSTƏYİRDİ, GÖRDÜYÜ NƏ OLDU?"

790 16-07-2020, 07:08 siyaset / gundem

Rza Rzayev yazır:"DÜŞMƏN NƏ İSTƏYİRDİ, GÖRDÜYÜ NƏ OLDU?"

Rza RZAYEV

Rejissor-aktyor


Düşmən məqsədlidir – aydındır, indi qeyri-peşəkar məsləhətlərin vaxtı deyil, peşəkarlar bilir məsələ nə yerdədir. Biz döyüşü istədiyimiz vaxt və istədiyimiz yerdə (istiqamətdə) başlaya bilmirik, düşmən haradan bizə cəbhə açıbsa, bunu bəhanə edib oradan da təpəsinə od yağdırmaq lazımdır.

Düşmənin başı Tovuzda əzilməlidir, Qarabağ və Naxçıvan tərəfdən də əziləcəyini anlasın, Qarabağdan və Naxçıvandan cəbhə açmaq çətindir və çətinliyin nədə olduğunu bilirik.

Qarabağ, Naxçıvan, oradakı qüvvələrimiz hamımıza bəllidir, ordumuz ilə məşğul olanlar bizdən də yaxşı bilirlər!

Düşməni azdırmaq üçün nə gəldi, deyə bilərsiniz, bircə dediklərinizin özümüzə zərəri olmasın!

Bunun adı – xalq dili ilə desək , özünü hamıdan ağıllı bilməkdir, guya, görünəni bundan başqa görən yoxdur! Göz ancaq görə bilir, dəyərləndirmə isə beyin məsələsidir! Hamının bildiyini söyləmək zamanı deyil, hamının bilmədiyini öyrənmək zamanıdır!

Rusun, farsın, ingilisin, fransızın, çeçenin, erməninin də satqını, qorxağı, təxribat törədəni var və say baxımından bizimkilərdən xeyli çoxdurlar!

Yəqin ki, 2016-cı ildə Türkiyədə baş verənləri xatırlayırsınız! Türk xalqına öz içindən düşmən kimi yetişdirilən qüvvə atəş açdı, qiyama cəhd etdi. Amma xalq yenə sözünü dedi, FETÖ-nü yendi, ən uca yerə özünün (xalqın) layiq olduğunu bir daha isbat etdi!

Bunun adı – içdə olan iç düşmənlərdir! Xarici qüvvələr tərəfindən yetişdirilib-ələ alınmışlar!

Dünən cəmiyyətimizin çoxluğu şəxsi mövqelərini birləşdirərək ümumi mövqe ortaya qoydular və bunu açıq, görünən formada ifadə etdilər! Bu etiraz, istək, dəstək cəmiyyətin idi, dövlətin yox!

İctimai rəy idi, bu rəyin görünən tərəfi daha çox lazımlı idi və dövlət də bu açıq ifadə formasından istifadə edəcəkdi – həm daxili, həm də xarici münasibətlərdə!

Bunun adı – ictimai rəyin dövlət qərarlarına təsiridir!

Dövlət qərar alanda tək daxili nəticələri hesablamır, beynəlxalq münasibətlər də (ən azı, regiondakı güclərin maraqları) nəzərə alınır, onların bu qərara verəcəkləri reaksiya və atacaqları addımlar hesablanır!

Bu aksiyanı dövlət təşkil etməmişdi ki, dövlət adamları da gəlib orada çıxış edərdi, onda bu etirazın nə mənası olardı, hansı beynəlxalq güclərə bunun xalq etirazı olduğunu sübut edə bilərdik?!

Bunun da adı – veriləcək qərardan çox, onun nəticələrinin hesablanmasıdır!

Dünən cəmiyyətin həssas təbəqəsi həm də dövlətin ordusunun ( ordu dövlətə məxsusdu ) yanında olmaq üçün orada idi, orduya alınmaq, döyüşə getmək üçün, həm də dünya güclərinə mesaj idi – “Bizim döyüş ruhumuz ölməyib, biz həmin anı gözləyirik, əmr gözləyirik, bu əmri verəcək şəxsin yanındayıq”!

Bunun da adı – bu əmri gözləyənlərin say göstəricisi idi!

Parlament binasına hücum belə vəziyyətlərdə xarici kəşfiyyatların istifadə etdiyi reseptlərdən biri idi. Sona qədər istənilən baş tutmadı, çünki oradakıların xammalı bu hadisəyə yararlı deyildi!

Bu xammaldan ancaq Polad kimilərini düzəltmək olar!

Ən həssas məqam, etiraz yürüşünə çıxanların içində “Allahu-Əkbər” deyənlərin olmasını bəhanə edib Milli Məclisə binasına girənlərin hamısının “Allahu-Əkbər” deyənlər olduğu rəyini formalaşdırmaq istəyənlər var, sapıq etiqadçılar (allahsızlar) cəmiyyətimizin çoxluğunu təşkil edən Şiə (Cəfəri) məzhəbini hədəf almaqdadır.

Əslində – Milli Məclisin binasına məqsədli şəkildə hücum edənlərin arxasında FETÖ-çülər ilə erməni qanı daşıyan məmurlar dayanır! (İçlərində küyə gedənlər də var, yəni məqsədli olmayanlar)

FETÖ-çülərin əksəriyyəti əsgər getməyib, o ki qala döyüşə gedələr, özü də Qarabağda! Qarabağın geri qaytarılması onların məqsədlər toplusunda yoxdur!

Bu məsələdə cəmiyyətimizdə çoxluq təşkil edən Şiələri hədəf almaq məqsədlidir!

Niyə məhz Şiə (Cəfəri) məzhəbi? Çünki bu məzhəb daşıyıcıları ölkəmizin əsasını təşkil edir və Qarabağda döyüşə daha çox can atırlar. Ən əsası isə başqa qeyri-ənənəvi təriqətlərin təsiri altına düşmələri nadir halda baş verir!

Bunun adı – ölkədə əsas (ənənəvi) məzhəb daşıyıclarını hədəf almaq, yeni təriqətlər ilə cəmiyyəti parçalamaqdır!

Yüksək rütbəli ordu üzvünün öldürülməsi məqsədli idi, müharibə zamanı belə taktikadan istifadə edilir! Bu, qarşı tərəfdə qorxu, təşviş hissi yaratmaq üçün edilir. Bu, o anlamla edilir ki, “Görürsünüz, generalınız özünü qoruya bilmir bizdən, əsgəriniz heç qoruya bilməz, dövlətinizə güvənməyin, təhlükəsizliyiniz təhlükədədir, biz deyənlər ilə razılaşın, dövlətinizə təsir edin”.

Bunun da adı – müxtəlif vəziyyətlərdə təminedici psixoloji təsirlərdir, fiziki məhv üçün öncədən yaradılan əsas!

Düşmən buna nail ola bilmədi!

Mövcud olan olmayanda öz tam mənasını alır və daha çox dəyərlənmə qazanır. Yaxud bir şey başqa bir şeyə nisbətdə dəyər qazanır və yaxud bir şey öz əksinə (rəqibinə, düşməninə) görə dəyərləndirilir!

Düşmən də olduğunun (gözlədiyinin) əksini gördü! Şəhid olan generalımızın keçmiş nüfuzu, xalq içində ona olan görünməz münasibət (sevgi) xalqda qorxu, təşviş yox, birləşmək, düşmənə nifrət, qisas hissi yaratdı.

Yəni, bu uca məqam birləşdirici amil oldu, hazır resept işləmədi, psixoloji təsir effekt vermədi.

Çoxluq küçələrə axışdı, intiqam üçün silah istədi. Çoxluq şəhidliyi seçdi! Çünki milli psixologiya nəzərə alınmamışdı, genetik kod öz işini gördü! Özümüzdən olan, özümüzün yetişdirdiyimiz (təhsil verdiyimiz) Öz generalımız intiqamın simvoluna çevrildi!

Adı kimi, bədəni də, ruhu da polad olan Polad! Çoxluq dünən sən olmaq istədi, sənin yerində, sənin tabutunun içində!

Ulduzların içində

indi bir hilalın var.

Vətən, şanın yüksəlir,

şəhid generalın var! (Arzu Əsəd)

XƏBƏR LENTİ