Bakıda polis əməliyyatı:ər-arvadı döyüb pullarını aparanlardan biri tutulub

1 629 3-08-2020, 14:00 kriminal

Bakıda polis əməliyyatı:ər-arvadı döyüb pullarını aparanlardan biri tutulubBakıda quldurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Xeberdar.net-ə verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə iyulun 20-də 2 nəfərin aldadaraq S.Melyoxinanın yaşadığı mənzilə girməsi, onun və əri R.Fomişçinin ağız və əl-ayağını yapışqanlı lentlə bağlayıb, döyərək oradan 5 000 manat pul aparmaları barədə müraciət daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.İzzətov saxlanılıb, digərinin isə şəxsiyyəti müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

XƏBƏR LENTİ