"Hanı şəhidlərimizin qisası? Hanı Qarabağ? Hanı müharibə əmri?" - HÜRRÜ ƏLİYEV

2 398 8-08-2020, 08:20 siyaset

"Hanı şəhidlərimizin qisası? Hanı Qarabağ? Hanı müharibə əmri?" - HÜRRÜ ƏLİYEV
Azərbaycanı Rusiya və iranın işğalından, istismarından və istilasından bir sözlə şovinist sistemin caynağından tamamı ilə xilas edə bikərik. Bu sözləri Bəyaz Hərəkatı Başqanı Hürrü Əliyev öz Feysbuk səhifəsindən etdiyi paylaşımda bildirib. O, həmçinin bildirib ki, Təbrizi istiqlalıına, Şuşanı azadlığına tezliklə qovuşdura bilərik.
Sadəcə bunun üçün öncə birlik olmalı, bununla yanaşı da bu yolda qurban verməkdən və bədəl ödəməkdən çəkinməməliyik.
Bu davanın tələbi budur.
Azərbaycan özü özlüyündə böyük bir milli oyanış və hərəkətlənmə dövrünü yaşayır.
Bunu sadəcə anlamaq, görmək, qəbul etmək və doğru dəyrələndirmək tələb olunur.
Millətin qalib gələcəyi bir davaya qarşı çıxmaq yanlışlıq və ağılsızlıq olar.
Gözlərinin önündə milləti, ölkəni, dövləti talayan məmurları
25 il sonra müəyyən edən hökümətin səmimiliyinə elə ancaq hökümətin özü inana bilər.
Millət artıq elə bir səviyyədə siyasiləşib ki,
onu belə bəsit gedişatlarla aldatmaq olmaz.
Siyasi təşkilatlar niyə susub? Niyə müharibə əmri tələb etmir?
Müharibə əmri tələbinə dair niyə birgə bəyanat qəbul edilmir?
Nəyin davasındasınız?
Bundan ayrı düşmənlərdən başqa nə həmlə gözləyirik?
Siyasət vaxtdıdırmı?
Bu gün vətənin bu ağır günündə susub oturduqdan sonra
sabah millətin qarşısında siyasətinizin, yolunuzun, mübarizənizin nə önəmi qalacaq?
Bütün təşkilatları dövlətimizin, ordumuzun, əsgərimizin yanında olmaq şərti ilə İqtidardan bir mənalı olaraq müharibə tələbinə dair birgə bəyanat qəbul etməyə çağırırıq.
Səfərbərlik, təlimlər, AXCP-yə təzyiqlər, "yumuşalmalar", 190 manat, kadr islahatları.
Genralımız başda olmaqla şəhidlərimizin daha qırxı çıxmamış çox ustalıqla gündəm dəyişməsi və millətin Vətəni uğrunda etiraz təzyiqinin aşağı salınması.
Hanı şəhidlərimizin qisası, hanı Qarabağ, hanı müharibə əmri?
Qarabağı azad etmək üçün hücum əmri verilənədək müharibə əmri tələbi dilimizin əzbəri olmalıdır.
İqtidardan ayrı tələblər də istəməyək.
"Ya Qarbağ Ya ölüm" deyib Qarbağı və müharibə əmrini tələb edək."

Mirzə li
Xeberdar.net

XƏBƏR LENTİ