Lotu Qulini qətlə yetirən qatil danışdı - VİDEO

Lotu Qulini qətlə yetirən qatil danışdı - VİDEOTürkiyədə "qanuni oğru" Lotu Qulini qətlə yetirməkdə ittiham olunan kriminal avtoritetlər - 25 yaşlı Xəqan Zeynalov (Xan Əhmədlinski) ilə 26 yaşlı Əmir Əhmədli polis şöbəsində ifadə verib.

İstiPress-in məlumatına görə, bu barədə “Hurriyet” qəzeti məlumat yayıb.

Xan Əhmədlinski ilkin ifadəsində Nadir Səlifovu sevmədiyi üçün öldürdüyünü deyib: “Mən onu ümumiyyətlə sevmirdim. Birlikdə yaşayıb, birlikdə böyümüşük. Onun cangüdənliyini etmişəm, illər boyu dözmüşəm. Ondan xoşuma gəlməyə-gəlməyə bu işi görürdüm. Buna görə də öldürdüm”,- saxlanılan şəxs bildirib.

Xəqan Zeynalov onu da əlavə edib ki, qətl hadisəsi baş verən zaman Əmir Əhmədli onu çöldə maşında gözləyib.

Xatırladaq ki, avqustun 20-nə keçən gecə Nadir Səlifov Antalyada yerləşən otellərdən birində 4 güllə ilə başından vurulmuşdu. N.Səlifovun qatili Xan ləqəbi ilə tanınan kriminal avtoritetdir. Qatil hadisə yerindən qaçsa da, lakin Antalya - Dənizli avtomobil yolunda polis əməkdaşları tərəfindən saxlanılıb.

Lotu Qulini qətlə yetirən qatil danışdı - VİDEO

  • 21-08-2020, 18:21
  • 974


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Xaçmazda quduzluq təhlükəsi - Hökümət isə susur...-VİDEO
  2. MMC rəhbəri mebel firmasına borcunu qaytarmır – Foto
  3. Bələdiyyə sədri Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini ilə nədə “razılaşmır”?
  4. Düşmən şirnikləndici vədlərlə Azərbaycan sakinləri ilə təmasa çalışır - DTX ayıq olmağa çağırdı
  5. Xocalı faciəsi həm bəşəriyyətə qarşı cinayət, həm də soyqırımı faktıdır-MÜSAHİBƏ
  6. AQTA-dan toy açıqlaması
  7. Tixanovskaya özünü Belorusun yeganə lideri elan edib - “Lukaşenkonun inauqurasiyası məzhəkədir”
  8. Əli Həsənovun köməkçisinin otelində cinayət - Prokurorluq hərəkətə keçdi
  9. Sabah hava necə olacaq? –Proqnoz
  10. Elçin Sadıqovun fərdi vəkil fəaliyyəti ləğv edildi
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI