"12 yaşım vardı, bu binanı tәrk edәndә... " - TURAL GƏNCƏLİYEV - MÜNASİBƏT

1 130 29-08-2020, 22:34 cemiyyet

"12 yaşım vardı, bu binanı tәrk edәndә... " - TURAL GƏNCƏLİYEV - MÜNASİBƏT


"12 yaşım vardı, bu binanı tәrk edәndә... " - Bu sözləri Millət vəkili, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcmasının Sədri Tural Gəncəliyev sosial şəbəkələrdə yer alan "Şuşada toy" videosuna aid paylaşımında qeyd edib. O həmçinin bildirib ki, Milyonlarla hәmvәtәnim kimi, mәnim vә ailәmin faciәsi üzәrindә qurulan bu cür şadyanalıqlar bir gün, heç vaxt sizin olmayan, oynadığınız o torpaqları ayaqlarınız altında titrәdәcәk. Mәnim Ordumun şanlı zәfәr sәslәri cingildәdәcәk qulaqlarınızı. Unutmayın, sizi bu qәdәr yaraq-yasaqla havalandıran rus havadarlarınız demiş: "Смеётся тот, кто смеётся последним"

Biz də ordumuza, onun gücünə güvənirik. İnanırıq ki, tezliklə bayrağımız tək Şuşada yox eləcə də bütün Qarabağda dalğalanacaq.

Mirzə li
XEBERDAR.NET

XƏBƏR LENTİ