İRAN-AZƏRBAYCAN SƏRHƏDİNDƏ ATIŞMA - Ölən var

İRAN-AZƏRBAYCAN SƏRHƏDİNDƏ ATIŞMA - Ölən varDövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.

DSX-nin Mətbuat Mərkəzindən bildirilib ki, 2020-ci ilin 17 sentyabr tarixində külli miq­darda narkotik vasitənin qa­çaq­­malçılıq yolu ilə ölkə ərazisinə keçirilmə­sinin qarşısı alınıb.

DSX-nin Sərhəd Qo­şun­larının “Horadiz” sərhəd dəs­tə­sinin Beyləqan ra­yonunun 2-ci Şahsevən kəndi ya­xınlığındakı sərhəd zas­tavasının xidməti ərazi­sində 2 nəfər naməlum şəxsin İran İslam Respub­likasından Azərbay­can Respublikası isti­qa­mətində dövlət sər­hədini pozması sərhəd naryadı tərəfin­dən aşkar olun­ub. Sər­həd po­zucularının əllərində silah və yüklərin olması mü­şahidə edilib.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmışdır. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xə­bər­­darlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, sər­həd naryadına qarşı silah tətbiq etməklə geri qaçmağa cəhd ediblər.

Sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunub, sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə ye­rində ölüb. Digər sərhəd pozucusu ərazinin mürəkkəb relyefli olma­sından istifadə edərək geri qaçıb.

Dövlət sərhədinin pozulması cəhdinin qarşısının alındığı əraziyə baxış zamanı 1 ədəd tüfəng, 2 ədəd çantada təxmini çəkisi 15 kq olan narkotikə bənzər maddə aşkar edilib.

Sərhəd pozu­cuları ilə görüşərək onlardan yükü təhvil almağa gəlmiş və sər­həd zas­ta­va­sı­nın mühəndis-texniki çəpərindəki məftilləri qıraraq sərhəd­boyu zolağa daxil olmuş Azərbaycan Respublikasının vətəndaşı, Beyləqan rayon sakini 1975-ci il təvəllüdlü Məmmədov Adiş Cavad oğlu saxlanılıb, üzərində sərhəd pozu­cu­larına vermək üçün gətirdiyi 10 ədəd şüşə qabda alkoqol işkiləri aşkar olunub.

Hadisə barədə İran sərhəd nümayəndəliyi məlumatlandırılıb.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sər­həd dəstəsinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

İRAN-AZƏRBAYCAN SƏRHƏDİNDƏ ATIŞMA - Ölən var

  • 17-09-2020, 14:40
  • 176


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Qubada ağac qətlamı davam edir
  2. Azərbaycan Ordusu bir sıra əraziləri işğaldan azad etdi - SON DƏQİQƏ
  3. "...ZƏFƏR BİZİMDİR" - Hürrü Əliyev
  4. Qobustanda kütləvi dava: Bir nəfər bıçaqlandı, üç nəfər döyüldü
  5. Azərbaycan Ordusu bir sıra əraziləri işğaldan azad etdi - SON DƏQİQƏ
  6. Ordumuz bir sıra əraziləri işğaldan azad etdi-SİYAHI
  7. MN: Düşmənin iki tank, iki PDM, dörd D-30 haubitsa topu, bir 2A36 “Qiasint-B” topu məhv edilib - VİDEO
  8. QUBADLI ŞƏHƏRİ VƏ BƏZİ KƏNDLƏR İŞĞALDAN AZAD EDİLDİ! - Ali Baş Komandan yeni zəfər xəbərini verdi! + FOTO
  9. Ali Baş Komandan: “Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü”
  10. Paşinyanın qızı sosial şəbəkələrdə Rusiya rəhbərliyini və rus xalqını təhqir edir - FOTO
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI