"...10 milyon deməyin artıq, tarixi Vətənimiz bəlli, ərazilərimiz bəlli 50 milyonluq ulu bir xalqıq biz." - HÜRRÜ ƏLİYEV

689 12-10-2020, 18:17 cemiyyet

"...10 milyon deməyin artıq, tarixi Vətənimiz bəlli, ərazilərimiz bəlli 50 milyonluq ulu bir xalqıq biz." - HÜRRÜ ƏLİYEV
"Rusiya sərhədlərimizə müdaxilə etmədən Güney Azərbaycanın İstiqlalını elan etməliyik və edəcəyik. Bu İstiqlal 50 milyon Azərbaycan Türkünün doğal haqqıdır". XƏBƏRDAR.NET Xəbər verir ki, Bu sözləri Bəyaz Hərəkatı Başqanı Hürrü Əliyev öz feysbuk səhifəsində yazıb.
Hürrü Əliyev həmçinin bildirib ki, 15 milyon farsın islam bayrağı adı altında uzun illərdir xalqları istila və asimlasiya edib beynəlxalq aləmdən və demokratik dünyadan təcrid edən qatil bir rejimin qondarma İran İslam deyə bir respublikası olursa
50 milyon Azərbaycan türkünün
Türk İslam mədəniyyətinə və humanizminə söykənən Azərbaycan Demokratik Cümhuriyyəti niyə olmasın.
Tam əminliklə deyirik ki, Türkiyə, Pakistan, İzrail, ABŞ la yanaşı bir sıra avropa dövlətləri bu istiqlalı və gələcəkdə cümhuriyyətimizi zamanla tanıyacaq dövlətlər olacaq.
Gec tez mütləq olacaq bir istiqlalı niyə zamanında elan etməməliyik ki?
Çoxlarınız məni və bizi qınayacaqsınız amma bu məsələ tam zamanı yetişmiş bir tələbdir.
Unutmayın! Öz Vətənimizdə öz qədim tarixə sahib dövlətimizdə öz torpaqlarımlzda bizlərin haqqı susduğumuz üçün əzilməkdə və tapdalanmaqdadır.
10 milyon deməyin artıq, tarixi Vətənimiz bəlli, dövlətimiz bəlli, ərazilərimiz bəlli 50 milyonluq ulu bir xalqıq biz.


Mirzə li
XƏBƏRDAR

XƏBƏR LENTİ