Siyəzəndə iki yük maşını toqquşdu: Xəsarət alanlar var

569 21-10-2020, 14:20 hadise

Siyəzəndə iki yük maşını toqquşdu: Xəsarət alanlar var


Siyəzən rayonunun Beşdam kəndi ərazisində “HOWO” və “Mercedes” markalı iki yük avtomobili toqquşub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan iki nəfəri deformasiyaya uğrayan “Mercedes” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

XƏBƏR LENTİ