Erməni general-mayorunun məhv edildiyi xəbəri yayıldı

594 6-11-2020, 17:05 gundem

Erməni general-mayorunun məhv edildiyi xəbəri yayıldıCəbhənin Xocavənd istiqamətindəki qanlı döyüşlər zamanı daha bir yüksək rütbəli separatçı, general-mayor Norayr Mirzoyan məhv edildiyi xəbəri yayılıb.

Hərbi mənbələrdən virtualaz.org-a verilən məlumata görə, Mirzoyanla birlikdə onu müşayiət edən daha iki hərbçi zərərsizləşdirilib.

Qəribədir ki, özünü qondarma rejimin "Milli Təhlükəsizlik Xidmətinin (SNB) müdir müavini” kimi təqdim edən polkovnik N. Mirzoyan cəmi bir neçə gün əvvəl general-mayor rütbəsi almışdı.

3 noyabrda “Milli Təhlükəsizlik Xidmətinin direktoru”, general-leytenant Kamo Aqacanyan döyüş mövqelərini gəzərək N.Mirzoyana general-mayor poqonunu vermişdi.

XƏBƏR LENTİ