Millət vəkili Hindistanlı tələbələrlə onlayn seminar keçirib - FOTOLAR

752 9-11-2020, 16:06 sosial / cemiyyet

Millət vəkili Hindistanlı tələbələrlə onlayn seminar keçirib - FOTOLAR
Hindistan universitetinin tələbələri ilə onlayn seminar keçirilib

Hindistan Respublikasının universitetinin tələbələri ilə onlayn seminar keçirilib. Xəbərdar.net xəbər verir ki, Bu barədə Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin və Azərbaycan-Hindistan parlamentlərarası işçi qrupunun üzvü Şahin Seyidzadə öz səhifəsində paylaşım edib.

Şahin Seyidzadə: “Hindistanın Şri Şri Universitetinin təşkilatçılığı ilə keçirilən onlayn konfransda çıxış edərək, eyni zamanda Qarabağ həqiqətləri haqqında məlumatları çatdırdım.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Hindistan Respublikasının Şri Şri Universiteti arasında 2017-ci ilin dekabrında əldə edilən razılaşma əsasında Hindistanda #AzərbaycanMultikulturalizmi fənni tədris olunur. Fənn çərçivəsində ənənəvi olaraq müxtəlif seminarlar təşkil olunmaqdadır ki, bunlardan biri də məhz 08.11.2020-ci il tarixində keçirilmişdir. Sözügedən seminarda təhsil sahəsində fəlsəfə doktorluğu üzrə disttertant, eləcə də Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Hindistan parlamentlərarası işçi qrupunun, həmçinin Elm və təhsil komitəsinin üzvü olaraq “Post-pandemiya dövründə təhsil: yeni trend, çağırış və imkanlar” mövzusu ilə çıxış etdim.”

Tədbirdə həmçinin universitetin rəhbərliyi, pedaqoji heyət və tələbələri də iştirak edib. “Universitetin rektoru prof. Ajay Kumar Singh, İdarəetmə fakülətsinin dekanı prof. Şirinavas Subbaro, Azərbaycan mültikulturalizmi fənninin müəllimi Kənan Məmmədov və tələbələrin iştirakı ilə keçirilən onlayn konfransda, məhz #COVID19 pandemiyası dövründən sonra tədris sistemində mümükün olan yeni trend və çağırışlar barəsində fikir mübadiləsi aparıldı” - Şahin Seyidzadə

Deputat Şahin Seyidzadə həmçinin qeyd edib: “Sevindirici haldır ki, bu konfrans gözəl yurdumuz #Şuşa şəhərinin işğaldan azad olunması günü ilə üst-üstə düşdü. Məhz konfransda bu xəbəri iştirakçılarla bölüşərək, 30 il müddətində Ermənistanın işğalçı siyasəti, ölkəmizin ərazi bütövlüyü və haqq mübarizəsi barədə məlumat verildi. Hindistandan olan dostlarımız da öz növbəsində təbriklərini və ən xoş arzularını Azərbaycan xalqına çatdırdı.”

Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Hindistan Respublikasının Şri Şri Universiteti arasında 2017-ci ilin dekabrında əldə edilən razılaşma əsasında Azərbaycan mültikulturalizmi fənni tədris olunur. Tədris “Azərbaycan multikulturalizmi” fənninin xarici universitetlərində tədrisi layihəsi çərçivəsində keçirilir və artıq 3 ildir ki davam edir.  Universitet dünya söhrətli Humanitar lider və sülhməramlı səfir Gurudev Şri Şri Ravi Şankarın adını daşıyır. Gurudev Şri Şri Ravi Şankar 2018-ci ildə Azərbaycan hökümətinin dəvəti ilə Azərbaycana rəsmi səfər etmişdir. 
Millət vəkili Hindistanlı tələbələrlə onlayn seminar keçirib - FOTOLAR
Millət vəkili Hindistanlı tələbələrlə onlayn seminar keçirib - FOTOLAR
Millət vəkili Hindistanlı tələbələrlə onlayn seminar keçirib - FOTOLAR
Millət vəkili Hindistanlı tələbələrlə onlayn seminar keçirib - FOTOLAR
Millət vəkili Hindistanlı tələbələrlə onlayn seminar keçirib - FOTOLAR

XƏBƏR LENTİ