
Bakı şəhərinin Suraxanı rayonu üzrə bir nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinə bir müraciət daxil olub.
Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən onun liftdən çıxarılması təmin edilib.