Azərbaycanda dəhşətli yanğın: İki uşaq öldü

Azərbaycanda dəhşətli yanğın: İki uşaq öldüBu gün səhər saatlarında Lənkəran şəhərində fərdi yaşayış evində yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.

Bildirilib ki, ev sakinləri içəridə köməksiz vəziyyətdə qalıb.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Cənub Regional Mərkəzinin xilasediciləri yanğın baş verdiyi əraziyə cəlb olunub.

Yanğın nəticəsində ümumi sahəsi 81 kvadrat metr olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı üç azyaşlı xilas edilərək, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verilib.

Uşaqlardan ikisi (2019 və 2014-cü il təvəllüdlü) xəstəxanada vəfat edib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Azərbaycanda dəhşətli yanğın: İki uşaq öldü

  • 11-11-2020, 12:17
  • 66


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "...Hərbçilərin əmək haqlarının yarıbayarı azaldılması səhv qərardır. Onlar indi də təhlükə ilə üz-üzədir..." - MÜTƏLLİM RƏHİMLİ
  2. Oğlu döyüşdən qayıdan ananın sevincdən ürəyi dayanıb.
  3. Sabaha olan hava proqnozu
  4. Fişəng atan şəxs müəyyən edilərək saxlanılıb
  5. Sübuta yetirilməyən və qanunsuz sübutla yazılan cərimələrə xitam veriləcək
  6. "Hər gün 30-dək meyitin ekspertizası keçirilir" - "Döyüşdə öldürülən 766 erməni hərbçi tanınmaz haldadır"
  7. Ukraynanın türk PUA-sına ümidləri:RUSİYALI EKSPERT BƏDBİN PROQNOZLARI İLƏ DONBASDA "QARABAĞ SSENARİSİ"Nİ ŞÜBHƏYƏ ALIR
  8. Sabah hava necə olacaq? –Proqnoz
  9. Gənclər və idman naziri Azad Rəhimov komaya düşüb
  10. Korrupsiyaya qarşı Mübarizə idarəsi əməkdaşları Salyan və Masallıda əməliyyat keçirdi. - SAXLANILANLAR VAR!
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI