Ümid Partiyasının Fransa Senatına etirazı

Ümid Partiyasının Fransa Senatına etirazı

Ümid Partiyası Fransa Senatına etiraz məktubu göndərib. Partiyanın Mətbuat xidmətindən Xeberdar.net-ə daxil olan etiraz məktubunda deyilir:

"Fransa senatının bir neçə üzvü Azərbaycanın Yuxarı Qarabağ ərazisinin ermənilərə məxsus müstəqil dövlət qurumu kimi tanımaq təşəbbüsü ilə çıxış etməsi Azərbaycan cəmiyyətində ciddi narazılığa səbəb olub .
Beynəlxalq hüquqa və ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa dövlətinin mandatına tamamı ilə zidd olan bu müzakirələr Azərbaycanda hüquqi dövlət, demokratik cəmiyyət qurmaq uğrunda fəaliyyət göstərən, Avrointeqrasiya xəttinə üstünlük verən Ümid Partiyasını xüsusilə narahat edir.
30 ildir ki, erməni silahlı birləşmələrinin işğalı altında qalan, tarixi və hüquqi baxımdan Azərbaycan ərazisi olan Qarabağ ərazisi BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və digər beynəlxalq hüquqi sənədlər əsasında azad edilib. Bu qətnamələrin qəbulunda BMT Təhlükəsizlik Şurasının üzvü kimi Fransa dövləti də iştirak edib.
30 ilə yaxın davam edən münaqişənin həllinə şərait yarandığı bir vaxtda Fransa senat üzvlərinin bu təşəbbüsü problemin sülh yolu ilə həllinə deyil, münaqişənin yenidən alovlanmasına xidmət edir.
Ümid Partiyası olaraq Qarabağ münaqişəsinin nizamlanmasına məsul olan Minsk qrupu həmsədrlərindən biri kimi Fransanın obyektiv mövqe tutmalı olduğunu qeyd edir, Azərbaycanın erməni əsilli vətəndaşlarının Azərbaycan torpaqlarında sülh içində yaşaması, bütövlükdə regionda sülhün bərpası və uzunmüddətli olması üçün Fransanı beynəlxalq hüquq normalarını pozmamağa və Ermənistanın mövqeyini müdafiə etməməyə çağırırıq.
Azərbaycana qarşı qərəzli, qeyri-obyektiv, beynəlxalq hüquqa zidd olan hər hansı bir sənədin qəbulu nəinki sülhə xidmət edəcək, əksinə bütün regionda gərginliyi daha da artıracaq, gözlənilən sülhə vurulan növbəti zərbə olacaq, Ermənistanı bundan sonra da bütün regional layihələrdən kənarda qoyacaqdır.
Eyni zamanda bu cür təşəbbüslərin müzakirəyə çıxarılması Azərbaycan və Fransa dövlətləri və xalqları arasında siyasi, iqtisadi və mədəni əlaqələrin pozulmasına səbəb olacaqdır.
Ümid Partiyası bu təşəbbüsü qətiyyətlə pisləyir, Fransa Senatını BMT-nin məlum qətnamələrinə və beynəlxalq hüquq normalarına hörmət etməyə çağırır.

Qeyd: Etiraz məktubu tərcümə edilərək Fransanın Azərbaycandakı səfirliyinə və Fransa Senatına göndərilib."

Ümid Partiyasının Fransa Senatına etirazı

  • 23-11-2020, 15:40
  • 251


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “Sülh və qlobal atəşkəsə aparan yolumuzda iki əsas çətinlik var” –BMT-nin Baş katibi
  2. İsa Həbibbəyli vəzifədən azad edilməsinə münasibət bildirdi
  3. Vilayət Eyvazovdan yeni TƏYİNAT
  4. General Hikmət Abbasovun "yeni bazarı"- Kəmaləddin Heydərovun xəbəri varmi?
  5. Xankəndi yaxınlığında yenə atışma oldu...
  6. "Paşinyan diz çökmüş bir liderdir və masada bərabər münasibətləri olmayanlarla oturmuşdu"
  7. 11 yanvar eposu və ənənəvi biganəlik – RÜFƏT MURADLI
  8. Polis əməliyyat keçirdi - Saxlanılanlar var
  9. Rusiyada baş vermiş güclü yanğın zamanı 8 nəfər ölüb, 90 sakin təxliyyə olunub
  10. Yasamalda satışa çıxarılan yaşıllıq ərazi hansı məmura məxsusdur? - FOTO
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI