DİN-dən siqaret çəkilməsilə bağlı daha bir açıqlama

DİN-dən siqaret çəkilməsilə bağlı daha bir açıqlamaDaxili İşlər Nazirliyi (DİN) açıq havada siqaret qadağası ilə bağlı daha bir açıqlama verib.

DİN Mətbuat xidmətindən bildirilib ki, insanların sıx toplaşdığı yerlərdə, bankomat önündə, növbə sıralarında açıq havada maskanı çıxarıb siqaret çəkmək, su içmək, qida qəbul etmək olmaz:

"Amma parklarda, insanların sıx toplaşmadığı yerlərdə siqaret çəkmək, su içmək, qida qəbul etmək qadağan deyil. Lakin insanlara tövsiyə olunur ki, siqareti daha çox siqaret çəkmək üçün müəyyənləşdirilmiş yerlərdə çəksinlər. Küçədə, insanlardan kənarda siqaret çəkənlər cərimə olunmur. Sadəcə öncədən yayılan məlumatlar koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün tövsiyə xarakterli xəbərdarlıqlardır".

Ölkədə noyabrın 21-dən açıq havada maska taxmaq məcburidir. Buna əməl etməyənlər 100 manat məbləğində cərimə olunur.

Xatırladaq ki, DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Report"a açıqlamasında bildirib ki, açıq havada maskasını çıxararaq siqaret çəkən şəxslər 100 manat məbləğində cərimələnir.

DİN-dən siqaret çəkilməsilə bağlı daha bir açıqlama

  • 23-11-2020, 15:43
  • 91


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “İmperiya əsgərlərinin qəddar cinayətləri” -Azərbaycan xalqının 20 yanvar zəfər salnaməsi
  2. Cavid Qurbanovun Özündən Varlı Atası… – İlginc Faktlar
  3. Bankların başı bəlada – Problem üstünə problem
  4. Prezidentdən Əhmədzadəyə SƏRT TƏNQİD - "Kimsə özünü toxunulmaz hesab etməsin"
  5. Şamaxıda Şübhəli Tender: 5 Manat Kapitalı Olan Şirkət Nə Ilə Yol Çəkir?
  6. Koronavirusun qlobal yayılmasına Çinin onu gizlətməsi səbəb olub –ÜST
  7. Xızının İcra Hakimiyyətinə sərt tənqid: “Şəhid ailələrinə müqavimət bağışlanmazdır” – Video
  8. "...Hərbçilərin əmək haqlarının yarıbayarı azaldılması səhv qərardır. Onlar indi də təhlükə ilə üz-üzədir..." - MÜTƏLLİM RƏHİMLİ
  9. “The Washington Post”:Bayden miqrasiya sahəsində islahatlara başlayacaq
  10. Sabah Bakıda bu yollarda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq –SİYAHI
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI