“Tərtərlə Suqovuşanı birləşdirən yolun minalardan təmizlənməsi 2-3 gün ərzində başa çatacaq” –ANAMA

545 30-11-2020, 15:10 cemiyyet

“Tərtərlə Suqovuşanı birləşdirən yolun minalardan təmizlənməsi 2-3 gün ərzində başa çatacaq” –ANAMA“İşğaldan azad olunmuş ərazilərdə, ilk növbədə, humanitar dəhlizlər yaradılır”.

Bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov bildirib.

İ. İsmayılov deyib ki, artıq Tərtərlə Suqovuşanı birləşdirən yolun minalardan təmizlənməsi həyata keçirilir: “Bu yolun 10 kilometrindən 8 kilometri təmizlənib. Yaxın 2-3 gün ərzində yolun minalardan təmizlənməsi başa çatacaq”.

ANAMA-nın Operativ Qərargah rəisi qeyd edib ki, Ağdam-Əfətli yolu da minalardan təmizlənib: “3 gün ərzində 11 ədəd partlamamış hərbi sursat aşkarlanıb, 7 km avtomobil yolu minalardan tamamilə təmizlənib”.

İ. İsmayılov nəzərə çatdırıb ki, Xudafərin körpüsü ətrafında 2 ədəd partlamamış hərbi sursat aşkarlanıb: “Yaşayış məntəqələrində, işğaldan azad olunmuş ərazilərdə humanitar dəhlizlərin yaradılması və əhali arasında maarifləndirmə işi aparılması yönündə çalışırıq”. (apa)

XƏBƏR LENTİ