Xəbər verdiyimiz kimi dekabrın 7-də Cəlilabad rayon icra hakimiyyətinin başçısı Namiq Zeynalov rüşvət alarkən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmənin qərarı ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. Ölkə başçısının sərəncamı ilə N.Zeynalov işdən də azad edib.
Moderator.az-ın əməkdaşı Cəlilabadda N.Zeynalovla bağlı növbəti bir araşdırma aparıb. Rayon sakinləri əməkdaşımızı icra başçısının rayonda yerləşən qalmaqallı “TIR” dayanacağı ilə də tanış ediblər. Sakinlər bildirib ki, yay aylarında kartof sezonu vaxtı bu dayanacaqda 100-150 “TIR” park edilir. Onların hər biri isə dayanacaqdan çıxarkən 60 AZN yer haqqı ödəyir. İcra başçısının bu dayanacağı artıq iki il imiş ki, fəaliyyət göstərirmiş.
Mənbəmizin bildirdiyinə görə bu dayanacağa N.Zeynalova yaxınlığı ilə tanınan Fuad adlı şəxs nəzarət edib. Fuad həmçinin rayonda “Tut bağı” və “Okean” kafelərini də işlədir. N.Zeynalov həbs ediləndən sonra isə Fuad dayanacağa gələrək ərazidə olan əşyalarını toplayaraq ordan uzaqlaşıb. Onun da başçıya yaxınlığı ilə seçilən adamlar kimi N.Zeynalovun həbs edilməsinə görə böyük narahatçılıq keçirdiyi deyilir.
Araşdırmamız davam edəcək...