“Cəlilabadın İcra Hakimiyyətinin işçisinin intiharı ilə bağlı cinayət işi başlanıb” –Prokurorluq

685 13-12-2020, 12:23 kriminal

“Cəlilabadın İcra Hakimiyyətinin işçisinin intiharı ilə bağlı cinayət işi başlanıb” –Prokurorluq



Dekabrın 12-də saat 11 radələrində Cəlilabad rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin məsləhətçisi vəzifəsində işləmiş 1960-cı il təvəllüdlü Həsənov Meyti Əbil oğlunun yaşadığı evin həyətində özünü asaraq intihar etməsi barədə Cəlilabad rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Cəlilabad rayon prokorurluğundan verilən məlumata görə, fakt üzrə Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmış, zəruri ekspertizalar təyin edilmişdir.
İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınmışdır.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

XƏBƏR LENTİ