Dolların devalvasiyasına səbəb olacaq amillər açıqlandı

1 734 28-12-2020, 15:17 iqtisadiyyat

Dolların devalvasiyasına səbəb olacaq amillər açıqlandıSon vaxtlar dünyanın mühüm valyutalarına nisbətən 10 faizədək ucuzlaşan ABŞ dollarının kəskin zəifləyəcəyi barədə ehtimallar inandırıcı görünmür.

“Report” FT-yə istinadən xəbər verir ki, dolların devalvasiyasına səbəb olacaq dörd əsas amil var. Bunlardan birincisi koronavirusa qarşı peyvənd işlərinin başladığı vaxtda ABŞ pul vahidinin artıq ən etibarlı saxlanc yeri “vəzifə”sini “təhvil” verməsidir.

İkincisi, Fed (FRS) pul-kredit siyasətini yumşaltmağa davam edir. Bununla yanaşı, ABŞ-da çoxdandır büdcə kəsiri olduğu nəzərə alınsa, dolların ucuzlaşması yerli aktivlərə tələbatı artıra bilər.

Nəhayət, bir çox ekspertlər ABŞ-ın geosiyasi qüdrətinin qürubuna az qalması qənaətindədir. Bu da heç şübhəsiz, dolların ənənəvi beynəlxalq pul vahidi statusunun da sona çatması deməkdir.

XƏBƏR LENTİ