Erməni diversant qrupu Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirib - RƏSMİ

Erməni diversant qrupu Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirib - RƏSMİ

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyinin həyata keçirdikləri birgə əməliyyat nəticəsində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən məqsədyönlü şəkildə yerləşdirilmiş 62 nəfərdən ibarət erməni terrorçu-diversant qrupu saxlanılaraq istintaqa təhvil verilib.

Bununla bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Ermənistan Xarici İşlər Nazirliyinin 9 yanvar 2021-ci il tarixli bəyanatına cavabında bildirilib.

“Saxlanılanların hamısı Ermənistanın Şirak vilayətindən Ermənistan silahlı qüvvələrində hərbi xidmət keçmək üçün çağırılmış və Azərbaycan Respublikasının ərazilərində onun Silahlı Qüvvələrinin üzvlərinə və mülki əhalisinə qarşı diversiya və terror aktları törətmək məqsədilə bu ərazilərə yeridilib.

İstintaq zamanı müəyyən edilmişdir ki, erməni terrorçu-diversiya qrupunun üzvləri 26 noyabr 2020-ci il tarixində, yəni Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentləri və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanatla əldə edilmiş atəşkəsin qüvvəyə minməsindən sonra Azərbaycan ərazilərinə göndəriliblər.

Qeyd olunan qrup tərəfindən Azərbaycan hərbçilərinə və mülki şəxslərinə qarşı terror aktları törədilib və nəticədə Azərbaycan Silahlı Qüvvələrinin üzvləri və mülki şəxslər arasında həlak olanlar və yaralananlar olub.

Bəhs olunan diversiya qrupunun üzvləri atəşkəsin əldə edilməsindən sonrakı dövrdə diversiya-terror fəaliyyəti ilə məşğul olmaq məqsədilə Azərbaycan ərazilərinə göndərildiyi üçün bu şəxslər beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi əsir hesab edilmir və Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar”, - deyə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin cavabında qeyd edilir.

Erməni diversant qrupu Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirib - RƏSMİ

  • 9-01-2021, 20:00
  • 277


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə Putinə açıq məktub yazdı
  2. Siyasətin boz üzü
  3. Şubasını satan, evini hərraca çıxaran, qazan reklamı edən... - Müğənnilərin karantin gündəliyi
  4. MİRZƏ FƏTƏLİ AXUNDOV DİN HAQQINDA
  5. Azərbaycan vətəndaşları Türkiyədə daha 155 mənzil alıb –Statistika
  6. "Hər kəs bir sayt yaradır və istədiyini edir..."
  7. Şuşada yol qəzası olub, bir hərbçi həlak olub, iki hərbçi yaralanıb –Müdafiə Nazirliyindən açıqlama
  8. Suqovuşanda düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı - FOTOLAR
  9. Sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ edən şəxslər tutulub - VİDEO
  10. Şabranda oğlunu güllələyən ata saxlanıldı
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI